Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fitosenoz
Fitosenoz (yunanca:Ümumi bitki) — Biosenoza daxil olan bitkilərin məcmusuna deyilir. == Həmçinin bax == Biosenoz == Mənbə == Биогеография. Кукурудза С. И. Львов.
Biosenoz
Biosenoz (yun. βίος — "həyat" + κοινός — "ümumi") — müəyyən abiotik mühit məkanında (biotop, ekotop) yaşayan və bir-biri ilə müxtəlif əlaqələrdə olan bütün canlıların məcmusudur. Buraya bütün avtotrof orqanizmlər olan bitkilər və heterotrof orqanizmlər olan canlılar (məməlilər, sürünənlər, quşlar, balıqlar, cücülər və s.) aiddirlər. Biotop şəklində yayılmış bütün canlılar – müxtəlif növlər və hər bir növü təşkil edən fərqlər təbii qrupların biosenozlarını əmələ gətirir. İlk dəfə bu termin (alm. Biocönose‎) elmə 1877-ci ildə Alman alimi Karl Avqust Möbius tərəfindən daxil edilmişdir. Biosenoz == Biosenoz anlayışı == "Biosenoz" sözü iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir. Yunanca "Bio" - «həyat» və "Koinos" - «ümumi» deməkdir. Bəzən "Koinos" sözünün mənası "nəyisə ümumi şəkildə etmək" sözü kimi tərcümə olunur. Ümumiyyətlə, "Biosenoz" sözünün mənası isə "Ümumi həyat" deməkdir.