Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fonetika
Fonetika (yun. φωνή, phōnē, "səs") — dilçilik elminin danışıq səsləri barədə bəhs edən bölməsi olub, insanların səsləri necə yaratdıqlarını və anladıqlarını öyrənir. Danışarkən tələffüz olunan səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Danışıq üzvləri bunlardır: ağciyərlər, nəfəs borusu, qırtlaq, səs telləri, ağız boşluğu, dil, dişlər, dodaqlar və burun boşluğu. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səsləri tələffüz olunur və eşidilir. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir.
Beynəlxalq fonetika əlifbası
Beynəlxalq fonetik əlifba (BFƏ) (ing. International Phonetic Alphabet, fr. Alphabet phonétique international) — latın əlifbası əsasında transkripsiyaların yazılması üçün işarə sistemi. Beynəlxalq Fonetika Assosiasiyası tərəfindən hazırlanıb və dəstəklənir. Bu əlifbadan əsasən xarici dil müəllimləri, tələbələr, dilçilər, loqopedlər, müğənnilər, aktyorlar, leksikoqraflar və tərcüməçilər faydalanırlar. BFƏ yalnız şifahi nitqdə fərqli olan nitq keyfiyyətlərini göstərmək üçün nəzərdə tutulmuşdur: fonemlər, intonasiya, sözlərin və hecaların ayrılması. Əlavə nitq xüsusiyyətlərini (diş qıcırtması, yırtma, damaq yarığının yaratdığı səslər) çatdırmaq üçün əlavə bir simvol dəsti — BFƏ uzantıları istifadə olunur. Transkripsiya əlifbası Beynəlxalq Fonetik Birliyi tərəfindən redaktə olunur və dəyişdirilir. 2005-ci ildən etibarən BFƏ 107 hərf simvolu, 52 diakritik simvol və 4 prosodi simvolunu əhatə edir. == Tarixi == 1886-cı ildə Fransız dilçi Pol Passinin rəhbərlik etdiyi bir qrup Fransız və İngilis dili müəllimləri 1897-ci ildən etibarən (fr.
Deodoru da Fonseka
Deodoru da Fonseka (5 avqust 1827, Alaqoas, Braziliya İmperiyası — 23 avqust 1892, Rio-de-Janeyro, Braziliya) — Braziliya generalə və dövlət adamı; İmperator II Pedronu devirən inqilabın lideri və Braziliya Respublikasının ilk prezidenti. == Həyatı == Hərbçi ailəsində dünyaya gələn Fonseka Paraqvay müharibəsində (1864–1870) göstərdiyi xidmətlərə görə mayor rütbəsinə yüksəldi. Siyasi cəhətdən mühafizəkar olan Fonseka imperatora bağlı bir əsgər idi. Ancaq imperator hökumətinin apardığı siyasətlə heç cürə barışmırdı. Rio-Qrande-du-Sul ştatına icra başçısı ikən zabitlərə siyasi söz azadlığının verilməsi barədə yazılan bir ərizəyə qol çəkdi. Bu səbəbdən II Pedro tərəfindən vətən xaini elan olundu və 15 noyabr 1889-cu ildəki inqilaba öndərlik etməyə başladı. İnqilabın sonunda imperator II Pedro taxtdan endirildi və 1891-ci ilin fevral ayına qədər ölkəni idarə edən müvəqqəti hökumətin başına Deodoru da Fonseka gətirildi. 1891-ci ilin fevral ayında isə bir çox generalın dəstəyi ilə hakimiyyətə gəldi. Ancaq güclü bir ölkə başçısı ola bilmədi. Bir tərəfdən hökumətdəki müxalifətin güclənməsi, digər tərəfdən keçmiş imperatorun qızı Kontez İzabellanın xalq arasında hökumətə qarşı çıxışlar etməsi ölkəyə yeni bir vətəndaş müharibəsinin toxumlarını səpdi.
Jorje Karluş Fonseka
Jorje Karluş di Almeyda Fonseka port. Jorge Carlos de Almeida Fonseca; 20 oktyabr 1950, Mindelu[d], Barlaventu adaları[d]) — Kabo-Verde siyasətçisi, hüquqşünas və 2011-ci ildən etibarən Kabo-Verde Prezidenti. == Həyatı == Jorje Fonseka Praya və Mindeluda ibtidai və orta təhsili, Portuqaliyanın Lissabon şəhərində isə ali təhsilini tamamladı. Lissabon Universiteti Hüquq Fakültəsində hüquqşünaslıq üzrə magistr dərəcəsini bitirmişdir. 26 mart 1989-cu ildə Kabo-Verdenin Birinci xanımı Ligiya Arkanjela Lyubrinu Dias Fonseka ilə evləndi. == Fəaliyyəti == 1975–1977-ci illərdə Kabo-Verdedə Mühacirət üzrə Baş direktor və 1977–1979-cu illərdə Kabo-Verde Xarici İşlər Nazirliyinin Baş katibi olmuşdur.1982–1990-cı illərdə Lissabon Universiteti Hüquq Fakültəsində müəllim köməkçisi olmuş, 1987-ci ildə Lissabon Ədli Tibb İnstitutuna Cinayət hüququ üzrə professor təyin edilmişdir. 1991 və 1993-cü illərdə Xarici İşlər Naziri kimi çalışmış, daha sonra 2001-ci il seçkilərində prezidentliyə namizəd olaraq uğursuz qaldı. 2011-ci ilin avqust ayında yenidən prezidentliyə namizədliyini verdi. Səslərin 38%-i toplayaraq birinci turda qalib gəldi, ikinci turda Afrika Kabo-Verde İstiqlal Partiyası tərəfindən dəstəklənən namizəd Manuel İnosensio Souza ilə qarşılaşdı və qalib gəldi. 9 sentyabr 2011-ci ildə Prezident vəzifəsinə başladı və Kabo-Verdenin dördüncü Prezidenti oldu.
Hermes Ermestu da Fonseka
Hermes Ernestu da Fonseka (port. Hermes Ernesto da Fonseca, (1824, Маrеşал-Dеоdоru, Аlаqоаs, Braziliya imperiyası — 1891, Rio-de-Janeyro, Braziliya) — Braziliyalı hərbi və siyasi xadim , Marşal. Braziliyanın ilk prezidenti Deodoru da Fonsekanın böyük qardaşı və braziliyanın 8-ci prezidenti Ermes Roqriges da Fonsekanın atası. Paraqvay müharibəsində fəal iştirak etmişdir. Matu-Qrosu (1875—1878) və Baiya (1890) vilayətlərinin başçısı olmuşdur. == Mənbə == com que o excellentissimo senhor coronel Barão de Diamantino vice-presidente da província de Matto-Grosso passou a administração da mesma ao excellentíssimo senhor general Hermes Ernesto da Fonseca em o dia 5 de julho de 1875.