Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Benua Furneron
Benua Furneron (fr. Benoît Fourneyron, 31 oktyabr 1802, Sent-Etyen – 31 iyul 1867, Paris) — su turbinini ixtira etmiş fransız mühəndisi və siyasətçisi. == Həyatı == Bir riyaziyyatçının oğlu olan Furneron 1816-cı ildə Sent-Etyen mühəndislik məktəbindən məzun olduqdan sonra Le Kreusodakı dəmir fabrikində işə başladı, sonra Ales və Bessec mədən müəssisələrində vəzifələndirilmişdir. Bu dövrdə müəllimi Klaud Bardinin "turbin" olaraq adlandırdığı yeni bir növ su çarxı üzərində araşdırmalarına girişmişdir. Bardinin mövzuya bağlı məqaləsi Elmlər Akademiyası və Sənaye Təşviq Dərnəyi tərəfindən rədd edilmişdi, amma Fourneron işlərini davam etdirmiş və 1827-ci ildə 6 a.g.-nə sahib bir turbin inkişaf etdirmişdir. Bu təchizatda axış halındakı su bir rotorun ətrafında müəyyən bucaqlarda yerləşdirilən qanadlara çarparaq rotorun dönməsini təmin edirdi. Fourneron 1837-ci ildə dəqiqədə 2.300 dövr edə bilən, 80 faiz daha məhsuldar, 60 a.g.-lük, diametri 30,4 sm olan və yalnız 28 kq ağırlığında bir turbin düzəltmişdir. Fourneronun su çarxından çox daha təsirli və məhsuldar olan turbini şaquli bir şaftla üfüqi bir çarx kimi yerləşdirilirdi. Turbin qısa müddətdə Avropa və ABŞ-dakı toxuma sənayesində geniş şəkildə istifadə edilməyə başlanmışdır. Amma Fourneronun su turbininin gerçək əhəmiyyəti cihazın 1895-ci ildə Niaqara şəlaləsində elektrik istehsalçılarının yerləşdirilməsi ilə daha yaxşı aydın olmuşdur.
Kollen Furqeson
Kollen Furqeson (21 noyabr 1998) — Marşall adalarını təmsil edən üzgüçü. Kollen Furqeson Marşall adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kollen Furqeson birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.16 saniyəlik nəticəsi ilə 58-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.