Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ftiziatriya
Ftiziatriya (q.yun. φθίσις — vərəm + ἰᾱτρεία — müalicə) və ya ftiziologiya — vərəmin səbəblərini, yayılma qanunauyğunluqlarını və inkişaf mexanizmlərini, insan orqanizmində törətdiyi patoloji prosesləri və onun qarşısının alınması, diaqnostikası, müalicəsi, vərəmli xəstələrin reabilitasiyası üsullarını öyrənən klinik tibb sahəsi. Bu sahədə diplomdan sonrakı təhsil almış həkimə ftiziatr deyilir. == Ftiziatriya və əlaqəli ixtisaslar == Vərəm əleyhinə dispanserlərdə, vərəmə qarşı mübarizə kabinetlərində, xəstəxanalarda, sanatoriyalarda ftiziatr vərəmin diaqnostikası, müalicəsi, dispanser müşahidəsi və profilaktikası ilə məşğul olur, digər tibb mütəxəssislərinə bu xəstəliyin erkən aşkarlanması və qarşısının alınması üzrə məsləhət və metodiki köməklik göstərir, zəruri olduqda digər mütəxəssislərə müraciət edir, çünki yalnız konservativ müalicə və minimal invaziv prosedurların istifadəsi kifayət olmaya bilər. Bəzi ölkələrdə ayrıca "ftiziocərrahiyə" ixtisası var. Rusiya və Ukraynada torakal cərrahlar ağciyər vərəmini (yalnız ftiziatrın göstərişi əsasında), ortopedlər isə sümük-oynaq vərəmini müalicə etmək hüququna malikdirlər. Sidik-cinsiyyət orqanlarının vərəmini uroloq və ginekoloqlar, göz vərəmini oftalmoloqlar və s. == İzolyasiya və məhdudlaşdırıcı tədbirlər == İxtisaslaşdırılmış vərəm əleyhinə doğum evlərində, eləcə də adi doğum evlərinin boks və təcridxanalarında vərəmli hamilə xəstələrə nəzarəti və doğuşun qəbul olunmasını mama-ginekoloqlar həyata keçirirlər. Bəzi ölkələrdə, o cümlədən Rusiyada vərəm əleyhinə müəssisələrin profilinin dəyişdirilərək digər məqsədlər üçün qurumlara çevrilməsi, habelə onların ərazisində tikinti aparılması qadağandır. == İstinadlar == == Ədəbiyyat == Ftiziatriya // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
Rizvan Abdullayev (fiziatr)
Rizvan Abdullayev (Abdullayev Rizvan Yusif oğlu) — Tibb elmləri doktoru, professor. Rusiya Tibb Elmləri Akademiyası Mərkəzi Elmi‑Tədqiqat Vərəm İnstitutunun aparıcı elmi işçisi, biokimya laboratoriyasının müdiri. Abdullayev Rizvan Yusif oğlu 1961-ci il aprelin 30-da Azərbaycan Respublikasının Ağstafa şəhırində anadan olub. 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) sanitariya-gigiyena fakültəsinə daxil olub. 1984-cü ildə institutu bitirib və təyinatla Dəvəçi (indiki Şabran) şəhərinin Mərkəzi rayon xəstəxanasının kliniki diaqnostika laboratoriyasına göndərilib, orada əvvəlcə həkim-laborant, sonra isə laboratoriya müdiri vəzifəsində çalışıb. 1988-ci ildə müsabiqə yolu ilə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ftiziopulmonologiya İnstitutunun kiçik elmi işçisi vəzifəsinə keçib. 1990-cı ildə Rusiya Tibb Elmləri Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun (RTEA METVİ) aspiranturasına daxil olub. Sonrakı dövrdə R.Abdullayevin əmək fəaliyyəti və formalaşması RTEA METVİ ilə bağlıdır. 1993-cü ildə o, “Ağciyər vərəminə tutulmuş xəstələrdə kimyəvi terapiya prosesində energetik mübadilə göstəricilərinin və eritrositlərin oksigen ötürmə funksiyasının klinik əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib. Kliniki-eksperimental xarakterə malik olan bu tədqiqat ftiziatriyanın aktual probleminə – ağciyər vərəminə tutulmuş xəstələrin müalicəsinin effektivliliyinin artırılmasına həsr edilib.