Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Özləm Türeci
Özləm Türeci (6 mart 1967-ci il, Lastrup, Almaniya) — türk mənşəli Almaniya həkimi, elm adamı, sahibkar. 2008-ci ildən bəri həyat yoldaşı Uğur Şahin ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarəçisi. 2020-ci ildə COVID-19 əleyhinə peyvəndin yaradıcılarından biri. Türeci 2018-ci ildən bəri "BioNTech"in baş həkimi vəzifəsini icra edir. 2008-ci ildən 2016-cı ilə qədər "Ganymed Pharmaceuticals" şirkətinin qurucusu və baş direktoru idi. O, həmçinin Mayns Universitetində mühazirələr oxuyur. == Həyatı və təhsili == 1967-ci ildə Almaniyanın Lastrup şəhərində İstanbuldan gələn mühacir bir ailənin övladı olaraq anadan olub. Rizə ilinin, Fındıqlı kökənli atası, Katolik xəstəxanasında cərrah olaraq işləyirdi. Atasının çalışdığı xəstəxanada tibb bacısı rahibələrə heyranlıq duyan Türeci, çox mədəni bir mühitdə böyüyür. Reportajlarının birində özünü "Prussiya türkü" kimi xarakterizə edir.