Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazi Gümüştigin
Qazi Gümüştigin və ya Məlik Qazi Gümüştigin (ö. 1104) — Danışməndlilər sülaləsindən olan ikinci hökmdar. == Həyatı == Onun atası Danışmənd Qazi Malazgird döyüşündən sonra Anadolunun mərkəz-şərqində yerləşən Danışməndlilər dövlətinin əsasını qoymuşdur. Danışmənd Qazi 1084-cü ildə vəfat etdikdən sonra oğlu Qazi Gümüştigin onu hakimiyyətdə əvəz etmişdir. Birinci Səlib yürüşü zamanı Qazi Gümüştiginin torpaqları səlibçilərin birbaşa yürüş yolu üzərində yerləşirdi. 1097-ci ildə Dorileon döyüşündə məğlub olsa da, 1100-cü ildə Antioxiyalı I Bohemondu ələ keçirməklə uğur qazandı. Bundan sonra da yürüşünü davam etdirərək, torpaqlarını cənub yönünə doğru genişləndirdi və Malatyanı 1103-cü ildə Malatya döyüşündən sonra ələ keçirdi. 1104-cü ildə ölümündən sonra yerinə oğlu Əmir Qazi taxta keçmişdir. == Populyar mədəniyyətdə == Qazi Gümüştiginin obrazı Türkiyə televiziya serialı olan "Diriliş: Ərtoğrul"da Mehmet Polad tərəfindən "Gümüştigin bəy" adlandırması ilə canlandırılmışdır.