Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəlirlərin paylanması
İqtisadiyyatda gəlirlərin paylanması bir ölkənin Ümumi Daxili Məhsulunun ölkə əhaləsi arasında necə bölüşdürüldüyüdür. Gəlir və onun paylanması həm iqtisadi nəzəriyyənin, həm də iqtisadi siyasətin mərkəzindəki mövzular olmuşdur. Adam Smit, Tomas Maltus və David Rikardo kimi klassik iqtisadiyyatçılar, əsasən, istehsal vasitələrinin gəlirinin bölüşdürülməsiylə maraqlanmışdır. Onlara görə, gəlir əsas istehsal vasitələri olan torpaq, əmək və kapital arasında bölüşdürülür. Müasir iqtisadiyyatçılar da bu məsələlər üzərində dursalar da, paylanmanın daha çox fərdlər və ev camaatı arasında aparılması fikrini müdafiə etmişlər. Vacib nəzəri və iqtisadi fikirlərə gəlir bərabərsizliyi və iqtisadi artım arasındakı balans və onların əsas tərs əlaqəsi daxildir.Gəlirin cəmiyyət arasında necə bölüşdürülməsi Lorens əyrisi (qrafiki) vasitəsi ilə göstərilə bilər. Lorens əyrisi Cini indeksi kimi gəlir bərabərsizliyini göstərən vasitələrlə yaxından əlaqlidir.