Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnteqrasiya olunmuş gəlişdirmə mühiti
İnteqrasiya olunmuş inkişaf mühiti (ing. integrated development environment) — proqram təminatı hazırlamaq üçün proqramçılar tərəfindən istifadə olunan proqram vasitələri sistemi. Adətən, gəlişdirmə mühiti aşağıdakı komponentlərdən ibarət olur: mətn redaktoru, kompilyator və (və ya) interpretator, bağlantının (LINKAGE) avtomatlaşdırılması vasitələri, sazlayıcı.Bəzən bu sıraya versiyaların idarəolunması sistemləri ilə (VERSION CONTROL SYSTEMS) inteqrasiya üçün vasitələr və qrafik istifadəçi interfeysinin (GUI) qurulmasının sadələşdirilməsi üçün müxtəlif alətlər də daxil edilir. Adətən, IDE bir neçə proqramlaşdırma dili üçün nəzərdə tutulur. Məsələn, IntelliJ IDEA, NetBeans, Eclipse, Qt Creator, Geany, Embarcadero RAD Studio, Xcode və ya Microsoft Visual Studio belə gəlişdirmə mühitləridir. Ancaq müəyyən bir proqramlaşdırma dili üçün nəzərdə tutulmuş IDE-lər də vardır, məsələn: Visual Basic, Delphi, Dev-C++.