Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qətlə yetirilmiş səfirlərin siyahısı
1926-cı il fevralın 5-də Moskva-Riqa qatarında SSRİ-nin Litvadakı səfiri Teodor Netten qətlə yetirilib.1927-ci il 7 iyun tarixində isə SSRİ-nin Polşadakı səfiri Pyotr Voykov öldürülüb. 2003-cü il martın 28-də Fil Dişi Sahilində Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Məhəmməd Əhməd Rəşid öldürülüb. 2003-cü il dekabrın 29-da Burundi paytaxtı Bujumburanın 40 kilometrliyində Vatikan səfiri, milliyətcə irlandiyalı Maykl Kortni silahlı hücumla qətlə yetirilib. 2005-ci il iyulun 2-də Misirin İraqdakı səfiri İhab əş-Şərif Bağdaddakı evindən qaçırılmışdı. Ölkədəki radikal qruplaşmalardan biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürərək, diplomatı edam etdiklərini açıqlamışdı. 2005-ci il 27 iyulda Əlcəzairin İraqdakı səfiri Əli Belayrusi və attaşe İzəddin Belkadi Bağdadda oğurlanaraq edam olunub. 2008-ci il sentyabrın 20-də Pakistanın paytaxtı İslamabadda Mariott mehmanxanası partladılıb. Hadisə zamanı 53 nəfər, o cümlədən Çexiyanın bu ölkədəki səfiri İvo Jdyarek həlak olub. 2012-ci il iyulun 27-də Venesuelanın Keniyadakı səfiri xanım Olqa Fonseka evində öldürülüb.
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı — İraqda peşə vəzifəsini yerinə yetirmiş əcnəbi media orqanlarının nümayəndələri müxtəlif qruplar tərəfindən fərqli səbəblərə görə edam edilmiş, bəzisi qaçırılaraq öldürülüb, bəzisi də peşə vəzifəsini yerinə yetirərkən baş vermiş partlayışlar nəticəsində həyatlarını itirmişlər.