Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pəriqala
Pəriqala — Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndində yerləşən qədim qala. İlkin görünüşü saxlanaraq dövrümüzə qədər gəlib çata bilmişdir. Qala strateji baxımdan çox mükəmməl yerdə tikilmişdir. Qalaya sıldırım qaya yolları ilə yalnız bir yol gedir. Qalanın dəqiq tikilmə tarixi bəlli deyil. Ancaq tikilmə üslubuna görə tədqiqatçılar qalanın Qafqaz Albaniyası dövründə inşa edildiyini güman edirlər. Pəri qalası tamam başqa memarlıq üslubuna malikdir. Bu qalanı eramızın 4-cü əsrində qaya daşlarını çaparaq tikmişlər. Bu qalanın təyinatı haqqında müxtəlif mülahizələr vardır. Qala elə bir mövqedə yerləşmişdir ki, əraziyə gələn bütün yollar qaladan aydın görünür.