Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qrizli
Qrizli (lat. Ursus arctos horribilis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Qrizli ayıları ağırlığı ən azı 500 kq olan, dünyanın ən böyük və qorxulu yırtıcılarından biridir. ABŞ-də yaşayan qrizli ayıları qəzəblənərkən qarşısına çıxanı parçalamağa çalışırlar.
Qrızlı
Qrızlar və ya Qırızlar — "Şahdağ xalqları" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycanın Şimal zonasında Quba və Xaçmaz rayonlarının bəzi kəndlərində yaşayan, qrız dilində danışan, təxminən 1000 nəfərdən ibarət kiçik etnik qrupdur. Nax-Dağıstan dil ailəsinin ləzgi dil qrupuna aid qrız dilində danışırlar. Qrızlar İslam dinin Sünni təriqətinə aiddilər. Qrızların sayı haqqında müxtəlif məlumatlar var. N.K.Zeydlisin 1886-ci ilə aid məlumatlarına görə qrızlıların sayı 7767 nəfər olub. 1926-cu ilin siyahalınmasına görə qrızlıların sayı 2600 nəfər idi. 1959-cu ilin siyahalınması zamanı qrızlılar ayrıca bir qrup kimi qeydə alınmamışdır. "Кавказский этнографический сборник, том 3" kitabında qrızlıların sayı 9704 nəfər kimi qeyd olunmuşdur. 2005-ci ildə nəşr olunan "The Sociolinguistic Situation of the Kryz in Azerbaijan"-ın Vəli Xıdırova istinadən verdiyi məlumata görə Azərbaycanda qrızların sayı 10 000-15 000 arasında dəyişir.
Memfis Qrizzlis
Memfis Qrizzlis — Tennessi ştatının Memfis şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
Qrizel xəstəliyi
Qrizel xəstəliyi (ing. Griselˋs) – əyriboyunluğun bir formasıdır, uşaqlarda birincili tapılır. Atlantoaksial oynaqların subluksasiyası olub, travma və sümük xəstəliyi ilə əlaqəsi yoxdur. Ən çox tonzillektomiyadan sonra yaranır. MRT, KT ilə diaqnoz qoyulur.
Süleyman bəy Qrızlı
Süleyman bəy Qrızlı — Qrızdan çıxmış yeganə bəy. == Həyatı == Süleyman bəy Qrızlı Quba rayonunun Qrız kəndində anadan olub. O, irsi bəy olmamış, bəy titulunu rus ordusunda 25 illik xidmətinə görə almışdır. Qrızlar arasında zadəgan titulu daşımış yeganə şəxs olan Süleyman bəyin oğlu Sankt-Peterburqda ali hərbi təhsil almışdır. Bəzi məlumatlara görə general olmuş Süleyman bəyin hərbi rütbəsi dəqiq bilinmir. == İstinadlar == == Mənbə == Şıxbala Qrızlı (Süleymanov). Qrızlar və Qrız dili.