Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quşadası
Quşadası — Türkiyədə yerləşən istirahət zonası. == Haqqında == Bu, Türkiyənin mənzərəli və səfalı kurort şəhəridir. O, Egey dənizi sahilində yerləşir və üç tərəfdən dağlarla əhatə olunub. Şəhərin gözəl təbiəti və dənizə açılan panoraması insana bir anlıq kiçik cənnəti xatırladır. Quşadası insanın tərk etmək istəmədiyi bir yerdir. Burada demək olar ki, bütün otellər dənizin sahilində yerləşir. Bu kiçik şəhər hər il minlərlə müxtəlif növ quşların bura uçub gəlməsi və yuva qurması səbəbindən Quş adası adlandırılıb. Şəhərdən bir qədər aralıda kiçik Göyərçin adası yerləşir. Şəhərlə adanı dar torpaq bənd birləşdirir. Ada hər tərəfdən qədim qala divarları ilə əhatə olunub.
Kuşadası

Qumdaşı universitetləri
"Qumdaşı universitetləri" (ing. Sandstone Universities) — Avstraliyada ölkənin qədim və nüfuzlu universitetlərini birləşdirən qeyri-formal qrup. Öz dövrlərində həmin universitetlərin binaları qumdaşından tikilib. Onların əksəriyyəti Birinci dünya müharibəsinə qədər, müstəmləkə dövründə tikilib. Onlar qumdaşından inşa edildiyinə görə belə adlanırlar. Bu universitetlərin əsas xüsusiyyəti əsas diqqəti tədqiqat işlərinə və nəzəriyyəyə vermələridir. Statistikaya görə bu universitetlərdə oxuyan tələbələrtin əksəriyyəti imkanlı ailələrin övladlarıdır və sonradan yüksək maaşlı və nüfuzlu vəzifələr tuturlar.
Quşdaş dağı
Quşdaş dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında zirvə. Günbəzvari formadadır (hünd. 1845,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb istiqamətli Nəbiyurd ayrılmasının qurtaracağında zirvə. Nəsirvazçayın sol sahilində, Bistkəndindən 1 km şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahına aid Çaxmaqlıdağ sinklinalının cənub-şərq sentriklinal hissəsinin cənub-qərb qanadında yerləşir.
Gənclər sədası
Gənclər sədası — Çar dövründə Bakıda Azərbaycan və rus dillərində nəşr olunan həftəlik qəzet. "Qafqaz müsəlman mütəəllimlərinin mərkəzi komitəsinin" mətbu orqanı idi. İlk nömrəsi 1917-ci il oktyabrın 9-da çıxan qəzetin nəşri həmin ilin sonunadək davam etmişdir. 6 səhifəlik qəzetin 3 səhifəsində Azərbaycan dilində materiallar, qalan 3 səhifədə isə həmin yazıların rus dilinə tərcüməsi verilirdi. Bakıda Nikolayevski küçəsində, "İsmailiyyə" binasında yerləşirdi. Qəzetin əsas məzmunu Qafqazda elm və təhsilin inkişafı, müəllimlərin üzləşdiyi çətinliklər və ədəbi şəxsiyyətlərin təbliği idi. Ölkədəki siyasi vəziyyətlə əlaqədar olaraq qəzet yarandığı il də nəşrini dayandırır.
Qumdaşı universitetləri (Avstraliya)
"Qumdaşı universitetləri" (ing. Sandstone Universities) — Avstraliyada ölkənin qədim və nüfuzlu universitetlərini birləşdirən qeyri-formal qrup. Öz dövrlərində həmin universitetlərin binaları qumdaşından tikilib. Onların əksəriyyəti Birinci dünya müharibəsinə qədər, müstəmləkə dövründə tikilib. Onlar qumdaşından inşa edildiyinə görə belə adlanırlar. Bu universitetlərin əsas xüsusiyyəti əsas diqqəti tədqiqat işlərinə və nəzəriyyəyə vermələridir. Statistikaya görə bu universitetlərdə oxuyan tələbələrtin əksəriyyəti imkanlı ailələrin övladlarıdır və sonradan yüksək maaşlı və nüfuzlu vəzifələr tuturlar.
Sumqayıtın əks-sədası (film, 1992)
== Məzmun == Film 1988-ci ildə Sumqayıtda baş verən hadisələrdən bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Eyruz Məmmədov, Nadejda İsmayılova, Davud İmanov Qurluşçu rejissor: Davud İmanov Quruluşçu operator: Rövşən Quliyev Musiqi tərtibatı: Rauf Əliyev Səs operatoru: Teymur Abdullayev Operator: Ramiz Ağayev, Nadir Mehdiyev Rejissor assistenti: Nazim Məmmədov, İlham Salmanov Operator assistenti: [Sadıq Kərimov Səs texniki: Fazil Əfşani Montaj edən: Nelli Mahmudova, Nailə Dadaşova Məsləhətçi: Vladimir Lebedev (MTN polkovniki) Filmin direktoru: Rimma Abdullayeva == İstinadlar == == Mənbə == Akif Cabbarlı, Bəşir Şərifli. "Sumqayıtın əks-sədası" filmi necə yarandı?.. Azərbaycan.- 2011.-27 fevral.- S. 7.