Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hayqır SES
Hayqır SES — İranda su elektrik stansiyası. Bu SES Fars ostanının Firuzabad şəhərinin cənub-şərqində, Hayqır dərəsində, Firuzabad çayı üzərində yerləşir. Hayqır SES Firuzabad şəhərindən təxminən 40 kilometr (25 mil) aralıda, bu şəhərdən Qirə gedən yolda yerləşir. Regionu içməli su ilə təmin etmək, kənd təsərrüfatı və sənaye sahələrin dəstək olmaq, elektrik enerjisi istehsal etmək, daşqınlara nəzarət etmək məqsədilə tikilmişdir.
Hayqır dərəsi
Hayqır dərəsi — İranda dərə. Fars ostanının Firuzabad şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə yerləşir. Dərənin divarlarının dərinliyi bəzən təxminən 450 metrə çatır. Hayqırın tam uzunluğu 18 kilometr (11 mil) qədərdir. Dərə İranın Böyük Kanyonu adlanır. == Necə formalaşdırmaq == Hayqır dərəsi Dəbin antiklinalının eni boyunca uzanır. Su eroziyasına görə genişlənmişdir. Vadinin hündür divarları və dibində axan çay turizmi üçün əlverişli ərazi yaratmışdır.
Çayqıraq
Çayqıraq — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhali == Əhalinin sayı 1554 nəfərdir. (2017)[mənbə göstərin] == Din == Kənddə Çayqıraq kənd məscidi dini icması fəaliyyət göstərir.
Hüseyn Bayqara
Sultan Hüseyn Bayqara (iyul 1438, Herat – 4 may 1506) — Teymuri sultanı, şair. == Həyatı == Əmir Teymurun nəvəsi Bayqara mirzənin oğlu olan Sultan Hüseyn Bayqara, Uluğbəydən sonra davam edən çaxnaşmalar sırasında, yenə Əmir Teymurun nəvələrindən olan və Heratda hakimlik edən Əbülqasım Baburun xidmətinə girdi. Burada dövlət idarəsində təcrübə qazandı. Onsuzda çox qabiliyətli, təhsilli, zəki bir insan idi. Herat əmiri Babur 1457-ci ildə ölüncə, burada da çəkişmələr başladı və Sultan Hüseyn Bayqara Heratdan ayrılaraq Mərvə keçdi. Burada bölgənin hakimi Muizzüddin Səncərin qızı ilə evləndi və ondan böyük oğlu Bədiüzzaman mirzə dünyaya gəldi. Sultan Hüseyn mirzə özünə bağlı az saylı adamlarla və özbəklərdən Şadibəyin yardımı ilə Ceyhunun Özboy yörəsində kiçik bir bölgənin idarəsini ələ aldı. Az sonra Şadibəyi kənarlaşdıraraq sınırlarını genişlətdi və başqa Özbək grupların yardımı ilə Mazandaranı da ələ keçirdi. Bundan sonra Herata hakim olan Əbu Səidlə mübarizəyə başladı. Əbu Səid Ağqoyunlu hökmdarı Uzun Həsənə məğlub olunca Heratı da ələ keçirdi (1469).
Sultan Hüseyn Bayqara

Hanqiri
Haftonu və ya Haftoni — Azərbaycan Respublikasının Lerik rayonunun Nücü inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. == Əhalisi == Əhalisi 291 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki haft (yeddi) və honi (bulaq) sözlərindən düzəlib, "yeddi bulaq" deməkdir.
Ayğır
Ayğır — yetkin erkək at. Cinsi yetişkənliyinə bir il-ilyarımlıqda çatır, lakin döllük məqsədilə 3 yaşından istifadə olunur. Bir mövsüm ərzində hər ayğıra əl üsulu ilə cütləşdirmədə 35–40, ilxıda cütləşdirmədə 20–25, süni mayalandırmada 500-dək madyan ayrıla bilər. Cavan ayğıra cütləşmək üçün birinci il normanın yarısı qədər, ikinci ildən isə tam norma ilə madyan ayrılır. Yaxşı yemlənən və düzgün istifadə olunan ayğırı 16–18 il cütləşdirmək olar. Döl götürmək üçün, adətən, cins ayğırlardan istifadə edilir. Damazlığa yaramayan ayğır 2–3 illikdə axtalanıb işlək at kimi istifadə olunur.
Hanqiri (alət)
Hanqiri (半切 və ya 飯切), həm də handay (飯台, düyü mizi və ya düyü kasası) – dairəvi, altı düz ağacdan qayrılmış ləyən və ya boçka. Suşi üçün düyü hazırlamanın son mərhələlərində istifadə olunur. Ənənəvi hanqiri sərv ağacından hazırlanır və iki mis lent ilə bağlanır. Hanqiri və şamoci (ağacdan qayrılmış qısa kəfgir) düyünü soslandırmaq və soyutmaq üçün isifadə olunur. Bişdikdən sonra düyü hangiriyə tökülür və orada düyü sirkəsi, şəkər və duzdan hazırlanmış sos ilə qarışdırılır. Qarışdırma əməliyyatı tamamlandığından sonra bir parça fukin ilə əhatə olunur və soyumağa buraxılır.
II Hayiran
II Hairan (ərəb. هيران إي‎) — Palmira şahzadəsi və kral Odenatın oğlu. == RTP 736 adlı möhür == Hairanın varlığının sübutu RTP 736 adlı bir qurğuşun möhürlə tapılmışdır. Möhürdə iki keşiş təsvir edilmişdir. Bir tərəfdə Odenatın oğlu və xələfi Vaballatın adı, digər tərəfdə isə Hairanın adı oyulmuşdur. Odenatın adı hər iki tərəfə də həkk olunmuşdur. Ana adı və tarixi haqda heç bir məlumat yoxdur. == Kral Herodian və II Hairan == Odenatın 251-ci ildən daha irəli vaxtlara aid bir çox kitabələrdə görünən II Hairan adlı başqa bir oğlu var idi. Qurğuşun möhürdə, krallar kralı Septim Herodianın adı görünür. Alimlər Septimius Herodianın I Hairan ya da II Hairan olduğu haqda mübahisə edirlər.Avqusta Tarixi, Odenatın Herod adlı (daha köhnə bir evlilikdən), Herenniyan adlı və daha bir çox oğlu olduğunu qeyd edir.