Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Göllərin hidromorf torpaqları
Göllərin hidromorf torpaqları — şoran, şorakət və solod torpaq tipi. Qazaxıstanda, Rusiyanın Aşağı Volqaboyu bölgəsində, Mərkəzi Asiyada, Şimali Amerikada ABŞ və Kanadada, Azərbaycanda Kür-Araz ovalığı ərazilərində yayılmışdır. == Növləri == Şoranlaşmış torpaqların formalaşması duzların qrunt sularında və süxurlarda toplanması və onların torpaqda akkumlyasiyasına təsir göstərən şərait ilə əlaqədardır. Bu duzlar torpaq qatında toplaşanda torpaqlar şorlaşır. Bir sıra vulkanizm rayonlarında püskürmə məhsullarının səthə çixması şoranlığın yaranmasına səbəb olur. Aerob şəraitdə bitkilər kök sistemi vasitəsilə alt qatlarda olan duzları su ilə birlikdə səthə çıxır. Küləklər də torpaqların şoranlaşmasına sürətləndirici təsir göstərməklə, şoranlaşmanın arealını genişləndirir. Bu prosesə impulsverizasiya, yəni duzların külək vasitəsilə yayılması deyilir. Rütubətli iqlim şəraitində torpaqlar profil boyu sularla yuyulur və həll olan duzlar torpaq profilindən çıxarılır. Əksinə, quraq ərazilərdə duzlar dərin qatlardan üst qatlara çıxır.
Səhraların hidromorf torpaqları
Şoranlar səhralarda formalaşan xarakterik hidromorf torpaqlardır. Şoran torpaqlar torpağın üst qatında suda asan həll olan duzların miqdarı 1% və çox olan torpaqlar nəzərdə tutulur. Səhra zonasında bu torpaqlar 10%-ə yaxın ərazini əhatə edir. Şoranlıqların əmələgəlməsi hidrotermin, hidrogeoloji, geokimyəvi şəraitlə bağlıdır. Belə ki, şoranların yaranmasında qrunt sularının dərinliyi əsas rol oynayır. Qrunt sularının səthə yaxınlığı və buxarlanmanın olması bu prosesi sürətləndirir. Ona görə də qrunt sularının kimyəvi tərkibi və dərinlliyi əsas hesab olunur. Əgər qrunt sularının dərinliyi 2 m-ə yaxın olduqda minerallaşma sürətlə çoxalır. V. A. Kovdaya görə birinci mərhələdə sular natrium karbonatlı olur və duzların miqdarı 1–3 q\l təşkil edir. İkincidə kalsium karbonat olur və duzların miqdarı 3–5q\l yaxınlaşır.
Hidroxor
Hidroxor — su ilə yayılan bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.