Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cinsiyyət dodağı
Cinsiyyət dodağı — Qadın cinsiyyət üzvlərindən biri. Bunlar vulvanın xaricdən görünə bilən ən böyük hissələridir. İnsanlarda iki cüt cinsiyyət dodağı vardır: böyük cinsiyyət dodağı (labia majora) daha böyük və daha şişman, kiçik cinsiyyət dodağı (labia minora) isə xarici dodaqlar arasındakı bədən büküşləridir. Cinsiyyət dodağı klitor, vagina və sidik kisəsini əhatə edir və qoruyur. Labioplastika, labia minorayı (daxili labia) və labia majorayı (xarici labia), insan vulvasını əhatə edən bədən büküşlərini dəyişdirmək üçün istifadə edilən plastik cərrahiyyə əməliyyatı növüdür.
Çingiz Dağçı
Çingiz Dağçı (Krımtatarca: Cengiz Dağcı; 9 mart 1919, Qurzuf – 22 sentyabr 2011, London) — Krım Tatarı yazıçı. == Həyatı == Çingiz Dağçı Qurzufda doğulub. Uşaqlığı Kızıltaş (indiki adıyla Krasnokamenka) kəndində keçib. Çingiz Dağçı Türkiyəyə heç gəlmədiyi halda kitablarını Türkcə ilə yazmış, kitablarının ilk redaktorluğunu da şair Ziya Osman Saba etmişdir. Türkiyədə çap olanan əsərləri sayəsində Türkiyədə bir çox insan Krımı və Krım tatarları nın yaşantılarını öyrənmiş oldu. İlk və orta təhsilini kəndində və Akməscitdə aldı. 1938-ci ildə orta məktəbi bitirdi. Krım Pedaqoji İnstitutunu ikinci kursda ikən İkinci dünya müharibəsi başladı. 1941-ci ildə Ukrayna cəbhəsində Almanlarla əsir düşdü. Almanların məğlub edilməsindən sonra əsir düşərgəsindən qurtularaq müttəfiq dövlətlər ordusuna sığındı.