Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Humanizm
Humanizm — (lat. humanitas — "insanlıq", humanus — "insani", homo — "insan") — insanın öz həyatının məzmununu və formasını müəyyən etmək hüququna və öhdəliyinə malik olduğunu iddia edən demoktarik və etik həyat mövqeyidir. Humanizm insanın bilik və bacarıqlarından istifadə etməklə insani və digər ali dəyərlərə söykənən etika əsasında daha humanist cəmiyyətin yaradılmasına səsləyir. Humanizm teizm elementlərini özündə ehtiva etmir və dini dünyagörüşünü inkar edir. Humanizm insani məsələlərdə təbiətüstü inancların hakimiyyətini tamamilə rədd edir, amma bununla yanaşı inancların özünü hədəf olaraq seçmir. Ümumi mənada ateizm və aqnostizmlə bütünləşir, amma humanist anlayış bunlara daxil deyil. Humanizm bu cür təbiətüstü güclərin varlığı ilə bir növ maraqlanmayan etik yanaşmadır. Humanizmin əsas məqsədi hər cür avtoritarlıqdan insanı azad etməkdir. Humanizmə görə həqiqəti tapmaq insanın haqqıdır. Amma həqiqəti tapmaq yolunda mistisizm, inanclar və bu kimi məntiqlə tamamlanmayan üsullar doğru deyil.
Humanyze
Humanyze (əvvəllər: Sociometric Solutions) — insan üzrə analitik proqram təminatçısı. 2010-cu ildə ABŞ-nin Massaçusets ştatının Boston şəhərində, Massaçusets Texnologiya İnstitutu (MTİ) doktorantları Ben Vaber, Daniel Olkvin, Taymi Kim, Tomas Yaanu və MTİ professoru Aleks Pentland tərəfindən qurulmuşdur.
Vətəndaş humanizmi
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
İntibah humanizmi
Qərbi Avropanın humanist yazıçıları daha ədalətli quruluş arzulayırdılar. Belə humanistlərdən biri ingilis yazıçısı Tomas Mor (1478-1535) idi. O, hüquqşünas idi. 1516-cı ildə "Ən yaxşı dövlət quruluşu və yeni Utopiya adası haqqında qızıl kitab" nəşr etdirdi. Kitabda xüsusi mülkiyyət olmayan "Utopiya" adası təsvir edilir. Tomas Mor bu cəmiyyəti qurmağın yolunu bilmirdi. Ona görə də, sonralar həyata keçilməz arzunu utopiya ("olmayan yer") adlandırdılar. Fransanın humanist, satirik yazıçısı Fransua Rable (14941553) "Qarqantua və Pantaqruel" kitabında kral və mənasız müharibələri ifşa etmişdir. XVI əsrin sonunda ingilis xalqı teatrı çox sevirdi. Londonda 10-a qədər teatr var idi.
Humanist psixologiya
Humanist psixologiya— Psixoanalitik istiqamət şəxsiyyətin motivasiyası və strukturunu öyrənməklə psixologiyada mühüm yenilikləri, kəşfləri meydana çıxardı. Lakin psixoanaliz şəxsiyyətin bir sıra keyfiyyətlərinin məqsədyönlü şəkildə inkişafının mümkünlüyünü inkar edirdi. Bundan başqa, psixoloqlar psixoanalitiklərin şəxsiyyətin inkişafının uşaqlıq dövründə başa çatması ilə razılaşmır, hesab edirdilər ki, şəxsiyyət həyatı boyu inkişaf edir. == Humanist psixologiyanın yaranması və inkişafı == Humanist psixologiya ötən əsrin 40-cı illərində ekzistensialit fəlsəfi məktəbin əsasında ABŞ-da yarandı. Onun ilk yaradıcılarından biri Q.Olport qeyd edirdi ki, Amerika psixologiyası Seçenov, Bine, Freyd və digər alimlərin yaratdıqlarını inkişaf etdirib, yayıb, sintez edib humanist psixologiyanı formalaşdırdı.30-50-ci illərdə aparılan tədqiqatlar göstərdi ki, insanın yalnız mühitə uyğunlaşdırılması motivasiyası kifayət etmir. Situasiyanın təzyiqini aradan qaldırmaq imkanları insanlarda deyildiyindən daha çoxdur. İnsanların mənəvi tərəflərinin inkişafı problemlərini ənənəvi təbii-elmi determinantlarla izah etmək mümkün deyildi. Deməli, yeni fəlsəfi yanaşmalar da tələb olunurdu. Humanist psixologiyada şəxsiyyətin cəmiyyətlə qarşılıqlı münasibəti, eləcə də sosial mühitin şəxsiyyətə təsiri məsələləri araşdırılmaqla başlandı. Humanist psixologiyanın nümayəndələri psixoanalizin şəxsiyyətlə mühit arasındakı barışmaz ziddiyyətin olması fikrini qəbul etmirdilər.