Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əfşariyyə dehistanı
Əfşariyyə dehistanı (fars. دهستان افشاریه‎) — İranda, Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşində inzibati-ərazi vahidi. Bölgə öz adını burada yaşayan Əfşar boyudan alıb və Əfşarların yurdu mənasını daşıyır. == Əhalisi == 2016–cı il siyahıyaalınmasına görə dehistanın əhalisi 3.394 ailədə 3.692 nəfəri kişilər və 3.570 nəfəri qadınlar olmaqla cəmi 7.262 nəfərdir. İnzibati baxımdan 19 kəndi əhatə edir ki onlardan üçündə əhali yaşamır. === Milli tərkibi === Dehistan əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar. Əhalisi əsasən Əfşar boyunun törəmələridirlər.