Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alp İlitver
Alp İlitver (ya da İlteber). == Ümumi məlumat == Bu tarixi personaj ilk dəfə Musa Kalankatlının "Ağvan tarixi" əsərində 626-cı illə bağlı keçir. Bu ildə Cebu xaqan (Orxan) Ərməniyyəyə yürüş edir. Bu yürüşdə, knyaz mənşəyinə görə şad adlandırılan "qana susamış qartal balası" iştirak edir. Öz adı Bolu idi ki buna ’’şad’’(xaqanın oğlu, şahzadə) titulu əlavə edilirdi. Onun adı Bizans imperatoru İraklinin adı ilə, onun farslarla müharibələrində yan yana keçir. Şad titulunu Bolu/Bulan, bütün ehtimallara görə, 631-ci ildə atasının ölümünə və hunların Aşina nəslindən olan xəzər xaqanlarına tabe olmasına qədər daşımışdır. Bu vaxtdan hunlar xəzərlərin federatları olurlar, onların başçısı isə "elteber" titulunu daşımağa başladı. Amerikan türkoloqu D. B. Qoldenə görə, bu titulu xəzərlər vassal hun xanlarına verirdilər. , çinlilərdə onun analoqu "şe-li-fa" ya da "xsie-li-fa".