Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Immunity
Immunity — amerikalı müğənni-bəstəkar Clairo-nun ilk studiya albomu. 2 avqust 2019-cu ildə Fader Label tərəfindən buraxılıb. Albomun prodüserliyini Clairo və Vampire Weekend qrupunun keçmiş üzvü Rüstəm Batmanqlic etmişdir. == Fon == Clairo "Diary 001"-dan sonra bir neçə mahnı və birgə əməkdaşlıq trekləri buraxdı. 2018-ci ildə o, gənclik dram filmi "Skate Kitchen" üçün "Heaven" adlı mahnı yazdı. O, ayrıca Cuco və SG Lewis ilə birlikdə mahnı ifa etdi. Clairo həmçinin Wallows qrupunun 2019-cu ildə işıq üzü görən "Nothing Happens" albomuna daxil olan "Are You Bored Yet?" sinqlında iştirak etdi. 24 may 2019-cu ildə Clairo "Immunity" albomu üçün ilk sinql "Bags"-i təqdim etdi və albomun avqustda buraxılacağını bildirdi. == Kompozisiya == Albom soft rok, bedroom pop (lou-fau), elektropop və indi-pop kimi xarakterizə olunur. == Tur == Clairo 2019-cu ilin sentyabr ayında Şimali Amerikada konsert səfərinə çıxmağa başladı.