Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Illdisposed
Illdisposed — 1991-ci ildə vokalist Bo Summer tərəfindən Danimarkanın Aarhus şəhərində yaranmış death metal qrupudur. 2011-ci ildən etibarən qrup, vokalist Bo Summer, gitarist Jakob "Batten" Hansen, bas gitarist Jonas "Kloge" Mikkelsen və barabanda Thomas "Muskelbux" Jensen ilə yoluna davam edir. Yarandığı ildən bəri qrup, səkkiz studiya albomu, iki yığma (toplu) albom, iki EP və bir ədəd DVD yayımlamışdır. == Qrup haqqında == === Four Depressive Seasons, Submit and There's Something Rotten… (1992–1997) === Qrup 1991-ci ildə yarandıqdan dərhal sonra "The Winter of Our Discontempt" adlı ilk demosunu yayımladı. Bu demo albom qrupun Nuclear Blast şirkəti müqavilə imzalamasına fürsət yaratdı. 1993-cü ildə "Four Depressive Seasons" adlı ilk studiya albomunu çıxardan qrup, 1993-cü ilin dekabr ayında Wargasm və Sinister qruplarını dəstəkləmək üçün Avropa turuna çıxdı. 1994-cü ildə barabançalan Michael Enevoldsen qrupu tərk edib Angel Accelerator Death adlı qrupa qoşuldu. Gitarist Morten Gilsted alkoqol ilə problem yaşadığı üçün müvəqqəti olaraq qrupdakı yerini Hans Wagnerə verdi. 1995-ci ilin əvvəllərində barabançalan Lars Hald qrupun bir neçə konsertində iştirak etdi. İkinci studiya albomu olan "Submit" yeni barabançalan Rolf Rognvard-Hansen ilə hazırlandı.