Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İndustry
Industry — Azərbaycan rok qrupu.Qrup 1994-cü ilin aprel ayında bas-gitarist Fuad Babayev tərəfindən yaradılıb. Azərbaycanda ilk grunge qrup sayılan "Industry"nin tərkibi vokalist Rüstəm Quliyev, bas-gitarist Fuad Babayev, solo-giratist Rüfət Mirzəyev və barabançı Eldar Topçubaşovdan ibarət olub. 1995-ci ildə qrupun tərkibində dəyişiklik baş verir. Qrupa yeni solo gitarist və dodaq qarmoşkası ifaçısı Nazim Abdullayev gəlir. Lakin o tezliklə qrupu tərk edir və onu Çingiz Ələkbərov əvəzləyir. Qrup məşqlərə ANS televiziyasının binasında icarəyə götürdüyü kiçik otaqda başlayır. Qrupun ilk fanatları onun musiqisini dinləmək üçün bura axışır. "Industry" 1995-ci ilin mayında Blakportda ilk debüt konsertini Mad Jam (1995), sonrakı konsertlərini isə Necropolis, LSD, Nemo və Crushing Heads - X-Ray qrupları ilə birgə verir. Qrup sonralar bir neçə festivalda ("Rok-fiesta", "Toçka oporı") iştirak edir. Son ifası isə 28 may 1997-ci ildə Respublika gününə həsr edilmiş konsertdə olur.
ISA (Industry Standart Architecture)
ISA (Industry Standart Architecture) <ay-sa> – IBM PC/XT kompüterlərinin genişləndirmə yuvalarına kart taxmaqla sistemə müxtəlif qurğular artırmağa imkan verən şinin qeyri-rəsmi adı. İlkin olaraq 8-bitlik verilənlər kanalına malik olan ISA standartı 1984-cü ildə genişləndirilərək (IBM’in PC/AT modelində) 16-bitlik verilənlər kanalına çevrildi. Adətən, ISA genişləndirmə yuvalarının (8-bitlik və 16-bitlik) özlərinə aid edilir. 16-bitlik yuva faktiki olaraq bir-birinə qarşı quraşdırılmış iki ayrıca genişləndirmə yuvasından ibarət olur, deməli, bir 16-bitlik kart iki yuvaya taxılır. 8-bitlik genişləndirmə kartı 16-bitlik yuvaya taxıla və istifadə edilə bilər, 16-bitlik kartı isə 8-bitlik yuvaya qoymaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Recording Industry Association of America
Amerika Səsyazma Sənayesi Birliyi (ing. The Recording Industry Association of America (RIAA)) — ABŞ — da səsyazma industriyası ilə məşğul olan şirkət.
Federation of the Italian Music Industry
İtaliya Musiqi Sənayesi Federasiyası (The FIMI) (it. Federazione Industria Musicale Italiana, ing. Federation of the Italian Music Industry) — İtaliyada musiqi sənayesində fəaliyyət göstərən şirkət. Şirkət 1992-ci ildə qurulub. 2011-ci ildə FIMI İtaliyanın musiqi sənayesində işləyən 2500-dən çox şirkəti təmsil edirdi. Şirkətin əsas məqsədi İtaliya səsyazma şirkətlərinin maraqlarını qorumaqdır. 2010-cu ilin iyul ayından etibarən federasiyanın prezidenti Enço Maççadır.
Recording Industry Association of New Zealand
The Recording Industry Association of New Zealand (RIANZ) — Yeni Zellandiyada musiqi industriyasında fəaliyyət göstərən şirkət.