Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fringe (teleserial)
Fringe — Cefri Ceykob Abrams, Aleks Kurtzman və Roberto Orci tərəfindən ssenariləşdirilən Amerika elm-fantastik teleserialıdır. Serialda Dövlət Təhlükəsizlik Təşkilatı (Department of Homeland Security) nəzarəti altındakı FBI-ın bir qolu olan və Boston, Massaçusets mərkəzli Fringe Bölümü izah edilməkdədir. Fringe komandası qorxunc və bütün dünyaya təsir göstərə biləcək açıqlana bilinməyən hadisələri üzə çıxarmaq üçün görülməmiş elmi üsullardan və FBI istintaq üsullarından yararlanmaqdadır. Teleserialın yaranmasında, "Lost", "The x-files", "Altered States" və "The Twilight Zone" teleseriallarından ilham alınmışdır. Teleserialın premyerası Şimali Amerikada Fox Yayım Şirkəti tərəfindən 19 avqust 2008-ci ildə keçirilmişdir. Fringe serialı Foxun Remote-Free TV təşəbbüsünün bir hissəsi olmuşdur. Serial televiziyalardakı digər dramlara görə daha uzun çəkmişdir. Reklamlar üçün verilən ara serialın müddətini 6 dəqiqə daha uzatmışdır. Serial reklam arası verəndə ekranda reklamların nə qədər davam edəcəyini göstərən bir yazı çıxır. 1 oktyabr 2008-ci ildə serialın birinci mövsümü 22 bölümə yüksəldildi.