Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnquşlar
İnquşlar - Şimali Qafqazda, əsasən İnquşetiyada yaşayan Qafqaz xalqı. İnquşlar İslam dininin sünni-hənəfi məzhəbinə mənsubdurlar, inquş dilində danışırlar. İslamdan əvvəl bütpərəst idilər. İnquş və çeçenlər birlikdə vaynax xalqları adlanırlar. İnquşlar yaşadıqları əraziyə görə tez-tez hücumlara və işğallara məruz qalıblar. Avropa Hun dövləti, Şərqi Roma, Əməvi, Abbasi, Xəzər, Səlcuqlu, Qızıl Orda və Teymur dövlətlərindən asılı olublar.
İnquş camaatlığı
İnquşetiya və ya İnquş camaatlığı, müxtəlif kəndlərin və qəbilələrin ərazi birliyinə əsaslanan İnquşların orta əsr ərazi birlikləridir (qrupları, vahidləri). İlk İnquş ərazi cəmiyyətlərinin, bir növ siyasi inzibati formasiyalarının - şaharların yaranması XVI əsrin ikinci yarısına təsadüf edir. İnquş cəmiyyətlərinin adları, yerləşdikləri ərazinin adları ilə adlanırdı, yəni adlar coğrafi prinsipə söykənirdi. Zamanla tez -tez dəyişən müxtəlif saylarda, adlarda və sərhədlərdə İnquş cəmiyyətləri XIX əsrin sonlarına qədər fəaliyyət göstərmişdir.Əvvəlki dövrlərdə İnquşlar, tək bir mərkəz ətrafında toplaşmaqdansa ərazi baxımından delimitasiyaya daha çox töhfə verən dağ-dərələrdə, nisbətən qapalı şəraitdə yaşamalarına baxmayaraq, tək bir etnik qrupun kimliyini qorudular. Ortaq bir mədəniyyətə və ortaq bir dilə əsaslanaraq "Qalqay" ortaq etnonimi altında yaşayırdılar. == Tarixi == XIII əsrdə Alaniya dövlətinin süqutu və əhalisinin Daryalın şərqində və qərbində qalalar tikərək dağlara axını yeni etno-ərazi icmalarının yaranması üçün əsas oldu. İnquşların düzənliyə qayıtması ilə əlaqədar olan miqrasiya prosesləri, Əmir Teymurun Şimali Qafqazı tərk etməsindən qısa müddət sonra (XV əsrin əvvəlləri) başladı.. Ən erkən mərhələdə, bu inquşların düzən ərazilərdə yeni gələn köçəri xalqların məskunlaşmasına qarşı çıxmaq üçün etdikləri ayrı-ayrı hərbi-siyasi hərəkətlərlər formasında olurdu. Bu dövrlə əlaqəli bəzi epizodlar XIX əsrdə qeydə alınmış inquş əfsanələrindən birində öz əksini tapmışdır. Etnoqraf Albast Tutayevin qeydə aldığı əsərdə Qalqaevskoe cammatlığının adı keçir.Daha sonra, XVI əsrin ikinci yarısından etibarən bütün dağ camaaatı şərti olaraq hər biri bir neçə kəndi birləşdirən inzibati etnoterritorial birləşmələrə (şaharlara) bölünməyə başlayır.
İnquş dairəsi
İnquş mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. == Coğrafi yerləşməsi == Şimali Qafqazın mərkəzi hissəsində, müasir İnquşetiya ərazisini, Şimali Osetiyanın Priqorodnı rayonunun bir hissəsini və Çeçenistan Respublikası, Açxoy-Martan rayonunun bir hissəsini əhatə edən Terek, Sunja, Assa və Fortanqa çaylarının hövzəsində yerləşən rayon idi.Sərhədləri şimal-qərbdə Kurp dağlığı boyunca Nalçik rayonu ilə, cənub-qərbdə və şimalda Terek çayı boyunca Osetiya rayonu və Stavropol diyarı ilə, şərqdə Arqun mahalı ilə Fortanqa çayı boyunca, cənubda Tiflis quberniyası ilə Qafqaz silsiləsi boyunca uzanırdı. == Tarixi == Mahal 1860-cı ildə quruldu. XIX əsrin 1860-cı ilinə qədər Şimali Qafqazın dağ əhalisi Qafqaz xəttinin Sol (Şimal-Şərqi Qafqaz) və Sağ (Şimali-Qərbi Qafqaz) hərbi rəhbərliklərinə tabe idi. Mülki idarəetmə yalnız Stavropol əyalətində idi. Qafqaz müharibəsi bitdikdən sonra Qafqazın hərbi idarəsi ləğv edildi. 1860-cı ildə Şimali Qafqazın bütün ərazisi Stavropol vilayəti, Kuban, Terek və Dağıstan vilayətlərinə bölündü. Terek vilayəti 8 rayondan: Kabarda, Osetiya, İnquş, Arqun, Çeçen, İçkeriya və Kumıkdan ibarət idi. İnquş rayonunun inzibati mərkəzi Osetiya rayonu ilə birlikdə Vladiqafqaz idi. İnquş rayonu üç hissədən: Nazranovski, Psedaxi və Qorskidən ibarət idi.
İnquş dili
İnquş dili (inq. ГIалгIай мотт) — Şimali Qafqazda yaşayan inquşların dili. Rusiyada 2010-cu ildə keçirilən siyahıyaalmanın nəticəsinə görə inquş dilində 306 min nəfər danışır. İnquş dili çeçen dilinə yaxındır, onunla birlikdə nax-dağıstan dillərinin nax qoluna daxildir.
İnquş mahalı
İnquş mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. == Coğrafi yerləşməsi == Şimali Qafqazın mərkəzi hissəsində, müasir İnquşetiya ərazisini, Şimali Osetiyanın Priqorodnı rayonunun bir hissəsini və Çeçenistan Respublikası, Açxoy-Martan rayonunun bir hissəsini əhatə edən Terek, Sunja, Assa və Fortanqa çaylarının hövzəsində yerləşən rayon idi.Sərhədləri şimal-qərbdə Kurp dağlığı boyunca Nalçik rayonu ilə, cənub-qərbdə və şimalda Terek çayı boyunca Osetiya rayonu və Stavropol diyarı ilə, şərqdə Arqun mahalı ilə Fortanqa çayı boyunca, cənubda Tiflis quberniyası ilə Qafqaz silsiləsi boyunca uzanırdı. == Tarixi == Mahal 1860-cı ildə quruldu. XIX əsrin 1860-cı ilinə qədər Şimali Qafqazın dağ əhalisi Qafqaz xəttinin Sol (Şimal-Şərqi Qafqaz) və Sağ (Şimali-Qərbi Qafqaz) hərbi rəhbərliklərinə tabe idi. Mülki idarəetmə yalnız Stavropol əyalətində idi. Qafqaz müharibəsi bitdikdən sonra Qafqazın hərbi idarəsi ləğv edildi. 1860-cı ildə Şimali Qafqazın bütün ərazisi Stavropol vilayəti, Kuban, Terek və Dağıstan vilayətlərinə bölündü. Terek vilayəti 8 rayondan: Kabarda, Osetiya, İnquş, Arqun, Çeçen, İçkeriya və Kumıkdan ibarət idi. İnquş rayonunun inzibati mərkəzi Osetiya rayonu ilə birlikdə Vladiqafqaz idi. İnquş rayonu üç hissədən: Nazranovski, Psedaxi və Qorskidən ibarət idi.
İnquş rayonu

Osetin-inquş münaqişəsi
Osetin-inquş münaqişəsi — 31 oktyabr — 4 noyabr 1992-ci il tarixlərində silahlı toqquşmalara səbəb olan Şimali Osetiyanın (Rusiya Federasiyası) Priqorodnı rayonu ərazisində osetin və inquş xalqlarının çox sayda qurbanlarına səbəb olan etno-siyasi qarşıdurma. Münaqişənin dərin siyasi və etnik kökləri vardır. Hər iki xalq həm osetinlər, həm də inquşlar bir — birlərini bu ərazilərə gəlmə hesab edir və Vladiqafqaz şəhərini və ətrafını öz doğma torpaqları sayırdılar. Çar Rusiyası tərəfindən bölgənin işğalına qədər hər iki xalq mehriban qonşuluq şəraitində yaşamışdır. Çar höküməti bölgəni ələ keçirdikdən sonra inquşlarla müqayisədə xristian dininə malik olan osetinlərə daha geniş hüquqlar tanımışdı. Nəticədə inquşlar malik olduqları torpaqların bir hissəsindən məhrum oldular. 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra vətəndaş müharibəsi zamanı onların tərəfini saxlayan inquşlara əvvəllər malik olduqları ərazilərin bir hissəsi geri qaytarıldı. Vladiqafqaz hər iki xalqın vahid şəhəri tanınmış və Şimali Osetiya və İnquş Muxtar Vilayətlərinin bütün inzibati orqanları burada yerləşdirilmişdi. Lakin 1928-ci il oktyabrın 13-də Vladiqafqaz şəhərinin Şimali Osetiya Muxtar Vilayətinin tərkibinə verilməsi qərarı inquşların narazılığına səbəb olmuşdur. 1944-cü ildə inquşların deportassiyasından sonra İnquş Muxtar Vilayətlərinin əraziləri bölüşdürülmüş və onun torpaqlarının bir hissəsi Şimali Osetiyaya çatmışdır.
Çeçen-İnquş MSSR-in bərpası
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının bərpası — SSRİ və RSFSR Ali Sovetləri Rəyasət Heyətlərinin 9 yanvar 1957-ci il tarixli fərmanları ilə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası ləğv edilməzdən əvvəlkju halı ilə müqayisədə bir qədər fərqli sərhədlər daxilində bərpa edilmişdir. Buraya 1944-cü ildə Stavropol diyarından Qroznı vilayətinə köçürülmüş, əhalisinin əksəriyyəti rus olan Naurski və Şelkov rayonları daxil idi, lakin eyni zamanda Şimali Osetiyaya verilmiş Priqorodnı rayonu da geri qaytarılmamışdır. Bərpadan sonra respublikanın ərazisi 19,300 km2 olmuşdur. Eyni zamanda, çeçen-inquş əhalisinin respublikanın Gürcüstan SSR-ə bitişik cənub dağlıq rayonlarında yaşaması qadağan edilmişdir. 11 fevral 1957-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 yanvar tarixli fərmanı təsdiq edilmiş və muxtariyyət haqqında qeydi SSRİ Konstitusiyasının 22-ci maddəsinə qaytarılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Абдурахманов Д. Б., Музаев М. Н., Бугаев А. М., Шепелев В. Н., Осмаев А. Д. Восстановление Чечено-Ингушской АССР. 1 (1000 nüs.). Нальчик: ООО «Печатный двор». 2013. ISBN 978-5-905770-32-6. Ахмадов Я. З., Хасмагомадов Э. Х. История Чечни в XIX-XX веках (1200 nüs.).
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası və ya Çeçen-İnquş MSSR — Rusiya SFSR-yə daxil olan muxtar respublika. Paytaxtı Qroznı şəhəriydi. 1989-cu il siyahıyaalmasına görə respublikanın ərazisi 19.300 km² , əhalisi isə 1.275.513 nəfərdir: 734,500 çeçen, 163,800 inquş, qalanları rus və digər etnik qruplardır. == Tarixi == === Rusiya İmperiyası === 1810-cu ildə İnquşetiya könüllü olaraq Rusiya İmperiyasının tərkibinə qatıldı. 1859-cu ildə tarixi Çeçenistan torpaqları da, uzun müddətli Qafqaz müharibəsi (1817-64) zamanı Rusiyaya ilhaq edildi. === Sovet dövrü === 1917-ci il Rusiya inqilabından sonra, 20 yanvar 1921-ci ildə Çeçenistan və İnquşetiya Dağ Sovet Respublikasına qoşuldu. Dağ MSSR-nin parçalanması yarandıqdan qısa müddət sonra başladı və Çeçen rayonu 30 noyabr 1922-ci ildə Çeçen Muxtar Vilayəti olaraq ayrıldı. 7 iyul 1924-cü ildə Dağ MSSR-nin qalıqları Şimali Osetiya Muxtar Vilayətinə və İnquş Muxtar Vilayətinə bölündü. 15 yanvar 1934-cü ildə Çeçen və İnquş Muxtar Vilayətləri 5 dekabr 1936-cı ildə Çeçen-İnquş MSSR-də birləşdirildi.. === İkinci dünya müharibəsi === 40.000 çeçenin Qızıl Orduda döyüşdü İkinci Dünya müharibəsi dövründə, 1942-43-cü illərdə respublika qismən Nasist Almaniya tərəfindən işğal edildi.
Ligularia angusta
Ligularia angusta (lat. Ligularia angusta) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid biki növü.
Nectandra angusta
Nectandra angusta (lat. Nectandra angusta) — dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Lex iniusta non est lex
Lex iniusta non est lex (azərb. Ədalətsiz qanun, ümumiyyətlə qanun deyil‎) — standart hüquqi maksim. Prinsip Müqəddəs Avqustin tərəfindən ortaya atılmış və daha sonra Akvinalı Foma tərəfindən istifadə edilmişdir. Martin Luter Kinq bu deyimi mülki hüquqlar hərəkatı zamanı afroamerikalılara qarşı irqi seqreqasiya və ayrı-seçkiliyi təsvir etmək üçün sitat gətirmişdir.Bu nöqteyi-nəzər təbii hüquq nəzəriyyəçiləri olan Con Finnis və Lon Lüis Fuller ilə əlaqələndirilir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Law and Morality, Edited by Kenneth Einar Himma, Seattle Pacific University, U.S. and Brian Bix, University of Minnesota, U.S. Philosophical theory and the Universal Declaration of Human Rights, William Sweet (ed.).