Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnsomniya
İnsomniya (q.yun. ἀγρυπνία, agrupníā — yuxusuzluq, asomniya, dissomniya, aqripniya) — psixoloji xəstəlik növü. Bu sindromun bir digər adı isə məşum ailəvi yuxusuzluq xəstəliyidir. Xəstəliyin adı o qədər də qorxuducu olmasa da, əslində isə, bu dəhşətli ölümcül psixi pozuntudur. Xəstəlik 30 yaşdan sonra, daha çox isə 50 yaşdan sonra başlayır. Nəticədə xəstə yatmaq hissinin nə olduğunu demək olar ki, bilmir. Ümumiyyətlə, qısamüddətli qarabasmalardan sonra özünə gələn insanlarda daha tez-tez müşahidə olunur. Qarabasmalardan sonra isə, xəstə hallusinayalar görməyə başlayır və təqribən maksimum bir ildən sonra ölür. Bu xəstəliyin dərmanı yoxdur. Xəstəliyi dəhşətli edən amillərdən biri də odur ki, bu xəstəlik ulu babalardan gen ilə ötürülür və dünyada yalnız, təxminən, 40 ailədə müvafiq genlər mövcuddur.
İnsomniya (film, 2002)
Yuxusuzluq ( Insomnia ) — Kristofer Nolanın detektiv trilleridir, Erik Şoldberqin eyni adlı Norveç filminin remeykidir. = Məzmun = Film Alyaskanın Naytmut adlı kiçik şəhərində baş verir. Şəhərin dinc həyatı 17 yaşlı Kay Connellin (Crystal Lov) öldürülməsi ilə pozulur, onun cəsədi isə poliqonda tapılır. Bu işi araşdırmaq üçün polis detektivləri Uill Dormer (Al Paçino) və Hap Exart (Martin Donovan) Los Ancelesdən Alyaskaya gəlirlər. Onlara yerli polis, Dormerin istintaq işlərinin həvəskarı olan gənc detektiv Elli Burr (Hilari Suonk) kömək edir. Vəziyyət əvvəlki işlərindən birini araşdıran Dormerin, şübhəlilərdən birinə qarşı dəlil uydurdurması və həbs olunması faktı ilə daha da ağırlaşır. Lakin Exart bu barədə xəbər tutur və Dormerin toxunulmazlığı üçün Los-Ancelesə qayıtdıqdan sonra ona qarşı ifadə verəcəyini vəd edir. Polis əməkdaşları öldürülən Kayın çantasını qayıq stansiyasında tapırlar. Dormer, bu çantanın axtarışı barədə radioda reklam verməyi və "canlı yem" üsulu ilə qatili tutmağı əmr edir. Pusqu qurduqları zaman bir şübhəli hadisə yerinə gəlir.
Insomniac Games
Insomniac Games, Inc. (əvvəllər Xtreme Software) — ABŞ videooyun istehsalı şirkəti. Şirkət 1994-cü ildə Ted Prays tərəfindən "Xtreme Software" adı altında təsis edilmişdir və növbəti ilə adını dəyişmişdir. Şirkət ən çox Əjdaha Spayro, Retçet və Klenk kimi erkən PlayStation talismanların müəllifi, eləcə də "Resistance" franşizasının, 2014-cü ildə satışa çıxarılan "Sunset Overdrive" və 2018-ci ildə satışa çıxarılan "Spider-Man" videooyununun istehsalçısı olmaqla tanınır. Şirkətin ilk layihəsi ilk PlayStation konsolu üçün hazırlanan "Disruptor" videooyunu idi. Bu oyunun pis satmasına görə şirkət müflisləşməyə çox yaxın idi. "Insomniac Games" şirkətinin növbəti layihəsi "Spyro the Dragon" idi. Oyunun əldə etdiyi müvəffəqiyyət iki il ərzində daha iki sikvelin satışa çıxarılmasına gətirib çıxarmışdır. a successful video game that spawned two sequels within two years. "Insomniac Games" şirkəti "Sony Computer Entertainment" ilə yaxından əməkdaşlıq edirdi və korporasiya üçün iki oyun franşizası yaratmışdır – "Ratchet & Clank" və "Resistance".
Insomnium
Insomnium — 1997-ci ildə Finlandiyada qurulub.Melodik death metal üslubunda ifa edən qrup melodeath dünyasın da ən məşhur qruplarındandır. Latın dilində tərcümədə qrup adı Insomnium "yuxu" deməkdir. Qrupun üslubun da həm də doom metal, folk metal və simfonik metal elementləri vardır. 2001-ci ildə "Candlelight Records" albom şirkəti ilə müqavilə imzalayan Insomnium 2002-ci ildə ilk "In the Halls of Awaiting" çıxardırlar. Bundan əvvəl qrupun ilk 2 demo albomları "Demo '99 (demo) (1999)" və "Underneath the Moonlit Waves (demo) (2000)" albomları olmuşdur.