Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ruhsar Pekcan
Ruhsar Pekcan (1958) — Türkiyəli bürokrat və Türkiyənin keçmiş Ticarət naziri. == Həyatı == Ruhsar Pekcan 1958-ci ildə Manisanın Dəmirçi rayonunda anadan olub. İstanbul Texniki Universitetinin Elektrik fakültəsini bitirdikdən sonra magistratura təhsilini də burada tamamlayıb. == Karyerası == Əmək fəaliyyətinə 1981-ci ildə Türkiyə Sənaye İnkişaf Bankında başlamış və özəl sektorda müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildə o, Karon Engineering-in qurucu ortaqlarından biri oldu. O, nazirliyə gələnə qədər bu şirkətin icraçı direktoru olub. Pekcan üç dövr DEİK-Türkiyə-Suriya İş şurasının sədri vəzifəsində çalışıb. O, həmçinin Xarici İqtisadi Əlaqələr şurasının Türkiyə-İordaniya İş şurasının sədri və Türkiyə-İraq və Türkiyə-Liviya İş şuralarının icraçı heyətinin üzvü kimi fəaliyyətini davam etdirib. O, 9 iyul 2018-ci ildə Ruhsar Pekcan ticarət naziri təyin edilib. Pekcan Zehra Zümrüd Səlcuqla qurulan yeni hökumətdə iki qadın nazirdən biri olub.