Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kirovka
Yaşayış məntəqələri Azərbaycanda Kirovka (Ağstafa) — Ağstafa rayonunun Həsənsu kəndinin 29 dekabr 1992-ci ilə qədərki adı. Kirovka (Biləsuvar) — Biləsuvar rayonunun Günəşli kəndinin 1 sentyabr 2005-ci ilə qədərki adı. Kirovka (Saatlı) — Saatlı rayonunun Mircəlal kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Kirovka (Şamaxı) — Şamaxı rayonunun Nağaraxana kəndinin 5 oktyabr 1999-cu ilə qədərki adı.
Kirovka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Həsənsu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Kirovka (Biləsuvar)
Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır. == Tarixi == Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir.
Kirovka (Saatlı)
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisinin sayı 2360 nəfərdir. == Din == Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Kirovka (Şamaxı)
Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1840-cı illər arası, çar Rusiyası dövründə əraziyə köçürülmüş malakan ailələrinin qoymuş olduğu düşünülür. Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir. Müstəqillik illərində şəhərlər və kəndlərin adlarının bərpası nəticəsində 5 oktyabr 1999-cu ildə Kirovka kəndi yenidən Nağaraxana olaraq qeydə alındı. Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır. == Tarixi == == Əhalisi == Kənd əhalisi 727 nəfərdir ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edir.
Kirovka bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Jironda
Jironda (fr. Gironde, oks. Gironda) — Fransanın cənub qərbində yerləşən Akvitaniya regionun departamentlərindən biri. Sahəsi — 10 000 km². Əhalisi — 1.548.478 nəfər . İnzibati mərkəzi — Bordo. == Coğrafiyası == Jironda departamenti Fransanın cənub qərbində Atlantik okean sahillərində yerləşir. == Tarixi == Jironda departamenti Böyük Fransa inqilabı dövründə 4 mart 1790-cı ildə. Keçmiş Qiyen və Qaskoniya əyalətlərinin ərazisində yaradılmışdır.
Jirona FK
"Jirona FK" (kat. Girona Futbol Club) — Kataloniya muxtar icmasının tərkibindəki eyniadlı əyalətin eyniadlı şəhərini təmsil edən İspaniya futbol klubudur. Klub 1930-cu ildə yaradılıb və ev oyunlarını "Montilivi" stadionunda keçirir (13500 tamaşaçı tutur). 2016/17 mövsümünə qədər klub heç vaxt La Liqada çıxış etməmişdir. Klubun La Liqada göstərdiyi ən yaxşı nəticə 2017/18 və 2022/23 mövsümlərinin nəticələrinə görə tutduğu 10-cu yerdir. 2023/24 mövsumünün nəticəsinə görə klub tarixi də ilk dəfə olaraq La Liqada Real Madrid və Barselonadan sonra 3-cü yeri tutaraq bürunc medal qazanıb və ilk dəfə olaraq UEFA Çempionlar Liqasında birbaşa qrup mərhələsində oynamaq hüququ qazanıb.
Yeni Qurovka (Avurğazı)
Yeni Qurovka (başq. Яңы Гуровка, rus. Новогуровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Terəpə kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Terəpə): 1 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 16 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (75%) üstünlük təşkil edir.
Serveri de Jirona
Serveri de Jirona (Katalanca tələffüz: [sərβəˈɾi ðə ʒiˈɾonə]; 1259, Hindistan – bilinmir) — katalan trubadur. Jironada Qillem de Servera adı ilə doğulmuşdur. O, ən məhsuldar trubadur olmuşdur. Arxasınca 114 şeir qoymuşdur. Ensenhamenlərini də hesaba alındıqda bu rəqəm 130-a çıxır. Saray şairi olmuşdur: İşğalçı Xamesin və Böyük Pedronun hakimiyyəti illərində sarayda fəaliyyət göstərmişdir. Pastorelas və sirventes janrlarından da istifadə etmişdir. Əsas narahatçılığı saray həyatının mürəkkəblikləri ilə bağlı idi. Serveri bir müddət mesenat himayəsində və Rodesli IV Hyu və II Henrinin saraylarında fəaliyyət göstərmişdir. 1269-cu ildə İspaniyada olmuşdur.
S. M. Kirova abidə özülünün qoyulması (film, 1937)
Film vaxtilə Azərbaycanda kommunist partiyasına rəhbərlik etmiş və Leninqradda (indiki Sankt-Peterburq) işləyərkən Smolnıda sui-qəsd nəticəsində qətlə yetirilmiş Sergey Kirovun xatirəsini əbədiləşdirmək məqsədilə Bakının Dağüstü parkında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidənin təməlinin qoyulması mərasiminə həsr edilmişdir.
Tatyana Jırkova
Tatyana Yorevna Jırkova — Rusiya Federasiyasının Yüngül atletika üzrə idmançısı. Tatyana Yorevna Jırkova 28 avqust 1970 ildə Tyonqyolyo kəndində anadan olmuşdur. Məktəbə qədər babasının yanında Tumul kəndində yaşamışdlr. İlk təhsilini isə Pavlov orta məktəbində almışdır. Beşinci sinifdə oxuyarkən məktəbin xizək üzrə bölməsinə yazılmışdır. Burada onun ilk müəllimi Anatoli Nikitiç Osipov olur. Tatyana məhz onu idman dünyasına gəlməsinin əsas səbəbkarı hesab edir. Tatyana 2002-ci ildə Belçikanın Torhaut şəhərində keçirilən 100 metr məsafəyə qaçışda birinci yeri tutur (7:37). Hollandiyanın Vinshoten şəhərində 2004-ci ildə keçirilən avropa çempionatında 7:10.31 (Avropa rekordu) vaxtla Avropa çempionu olur. 2008-ci ildə İtaliyanın Etrusk şəhərində 7:23.33, 2003-ci ildə isə Rusiyanın Çernoqolovka şəhərində keçirilən Avropa çempionatında 7:19.51 (Avropa rekordu) Avropa çempionu olur.