Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Közənəq (Təbriz)
Közənəq (fars. كزنق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 156 nəfər yaşayır (33 ailə).
Boris Kokenay
Boris (Barux) Yakovleviç Kokenay (rus. Борис (Барух) Яковлевич Кокенай; 20 dekabr 1892 (1 yanvar 1893), Feodosiya, Rusiya imperiyası – 24 iyul 1967, Rostov-na-Donu, SSRİ) — Karaim xalqının tarixi, mədəniyyəti və folklorunun araşdırıcısı, karaimlərə məxsus mədəniyyət kolleksiyalarının toplayıcısı, biblioqraf, ölkəşünas == Həyatı == Boris Yakovleviç Kokenay 20 dekabr 1892-ci ildə Krımın Feodosiya şəhərində yoxsul bir karaim ailəsində anadan olmuşdur. On iki yaşına qədər Feodosiyada Toviya Simoviç Levi-Baboviç açdığı midraşda oxumuşdur. Feodosiya gimnaziyasının beş sinfini bitirmiş, lakin xəstəlik səbəbilə təhsilini dayandırmaq məcburiyyətində qalmışdır. Bundan sonra bir neçə il Krım -tatar kənd məktəblərində (Beş-Xoca və Köktaş) müəllim işləmişdir. Krımda Sovet hakimiyyəti qurulduqdan sonra Feodosiya Müəllimlər İnstitutuna daxil olmuş, lakin 1921-1922-ci illərdəki aclıq dövründə Rostov-Don-a köçmüş və burada teleqraf operatoru kimi çalışmışdır. Boris Kokenay karaim, Krım-tatar, türk, ərəb, fransız və alman dillərini bilirdi. O, “Karaimcə-rusca lüğət”in müəllifidir. Müəllifin Krım karaimlərinin tarixi və mədəniyyəti ilə bağlı məqalələri “Mysl Karaimska”, “Karaj Awazy”, “Onarmach” dərgilərində dərc edilmişdir. Boris Kokenay 1942-ci ildə işğal altında olan Rostovda yaşayan vəkil M.Demidovla birlikdə alman faşistlərinin səlahiyyətli orqanlarına karaimlərin etnik mənsubiyyəti məsələsi ilə bağlı aydınlıq gətirmişdir.
Kücənəq (Meşkinşəhr)
Kücənəq (fars. كوجنق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,487 nəfər yaşayır (514 ailə).
Vladimir Korenev
Vladimir Korenev (rus. Влади́мир Бори́сович Ко́ренев; 20 iyun 1940, Sevastopol, Krım MSSR – 2 yanvar 2021, Moskva) — rus və sovet teatr və kino aktyoru. Rusiyanın Xalq artisti (1998). == Həyatı və fəaliyyəti == Vladimir Korenev 20 iyun 1940-cı ildə Sevastopol şəhərində hərbi dənizçi ailəsində anadan olmuşdur.Atası Boris Korenev işlə əlaqədar tez-tez bir şəhərdən başqa şəhərə köçür. Vladimir beşinci sinfədək İzmail şəhərində oxuyur, orta məktəbi Tallinndə bitirir. Burada sevimli ədəbiyyat müəlliməsi onda bu fənnə böyük həvəs yaradır. Elə həmin illərdə Vladimirdə teatra maraq artır. Vladimir orta məktəbi bitirdikdən sonra aktyor olmaq qərarına gəlir. 1960-cı ildə A.Lunaçarski adına Teatr Sənəti İnstitutuna daxil olur. Birinci kursda gələcək həyat yoldaşı aktrisa Alla Konstantinova ilə tanış olur.
Mark de Kokerey-Valmenye
Mark de Kokerey-Valmenye və ya Mark De Kakkere-Valmenir (fr. Marc de Cacqueray-Valménier; 1997 və ya 1998) — Fransa neonasist fəalı, cinayətkarı və terrorçusu. O, 2018-ci ildə yaranandan 2022-ci ildə ləğv olunana qədər ifrat sağçı "Paris zuavları" qruplaşmasının qurucusu və lideri hesab olunur. Kokerey İkinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfində vuruşmuş və faktla bağlı Azərbaycanda onun haqqında cinayət işi başlanılmışdır. == Həyatı == Mark de Kokerey-Valmenye 1997-ci və ya 1998-ci ildə anadan olmuşdur. O, Fransa zadəgan soyuna mənsub militant ənənəvi katolik Kokerey ailəsindəndir. Kokerey keçmiş Fransa Hərəkatı fəalı və Miriam de Kakarey-Valmenyerin oğludur. Onun əmisioğlu "Hamı üçün nümayiş"in üzvüdür və 2020-ci il bələdiyyə seçkilərində Le-Man üzrə "Milli mitinq" siyahısına rəhbərlik edir. O, həm də ənənəçi fundamentalist keşiş Rejis de Kokerey-Valmenyenin qardaşıoğludur.Gənclik illərində skaut hərəkatının üzvü idi. O, iki illik ədəbi hazırlıq siniflərini bitirmiş, sonra NEOMA Biznes Məktəbində təhsil almışdır.