Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kujuqet Şoyqu
Kujuqet Seree oğlu Şoyqu (tıva Күжүгет Серээ оглу Шойгу, 24 sentyabr Qara-Xol kəndi, Tuva Xalq Respublikası — 1 dekabr 2010-cu il Moskva, Rusiya Federasiyası) Sovet partiya və dövlət xadimi, Sov.İKP Tıva vilayət komitəsinin katibi, Tıva Muxtar Sovet Sosialist Respublikası Nazirlər Şurası sədrinin birinci müavini, altı il ərzində Tıvada "Şın" respublika ictimai-siyasi qəzetinin redaktoru. == Həyatı == Kujuqet Seree oğlu Şoyqu 1921-ci ilin avqust ayında Asiyanın mərkəzində Çindən ayrılaraq müstəqil dövlətin — Tannu-Tuvanın yaradılmasını elan edən Tuva xalqının qurultayından bir ay sonra, 24 sentyabr 1921-ci ildə Tannu-Tuva Xalq Respublikasında anadan olub. Doğulanda Şoyqu adə, Kujuqet isə soyad olmuşdur. Lakin doğum şəhadətnaməsi alanda qeydiyyatçı məmurunun səhvi səbəbindən Şoyqu soyad, Kujuqet isə ad kimi yazılmışdır. Beləliklə özü də bilmədən qeydiyyat şöbəsinin işçisi Şoyqu soyadında yeni nəslin təməlini qoymuşdur.Kujuqet Şoyqu köçəri maldar ailəsində böyümüşdür. Savadsızlıqla mübarizə aparan Tıva Xalq Respublikasının İnqilab Şurasının işində fəal iştirak etmişdir. Kujuqet Şoyqu gənc yaşlarından Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur. Sov. İKP üzv olması ona Tıva Muxtar Sovet Sosialist Respublikası dövründə müxtəlif dövlət vəzifələri tutmağa şərait yaratmışdır. O, həmçinin Sovet İttifaqı Kommunist Partiyasının Tuva vilayət komitəsinin katibi vəzifəsini də icra etmişdir.