Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəlağayı
Kəlağayı — Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyü. Azərbaycanın qərb zonasında kəlağayıya bəzən çarqat da deyilir. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayıçılıq tədricən yalnız iki mərkəzdə – Basqal və Gəncədə cəmləşməyə başlanıb. 2014-cü ildə kəlağayı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Tarixi == === Erkən illər === Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Qadınların müasir kəlağayılara bənzər baş örtüyündən istifadəsi eramızdan əvvəl V-VI əsrlərdə İran şahı I Daranın zamanında saray qadınları arasında geniş yayıldığı barədə bəzi mənbələrdə qeyd olunub. X əsrdə yazılan Hüdud əl-aləm coğrafi traktatında, Bərzənd şəhərində baş örtüyünün istehsal olunduğu qeyd edilib. === XVIII əsr === Orta əsrlərdə Azərbaycan ərazilərində kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub. Tarixçi Mais Cəfərovun fikrincə, kəlağayılar əvvəllər fərdi şəkildə hazırlansa da, sonralar kəlağayı istehsal edən xüsusi müəssisələr fəaliyyət göstərib. Georq Forsterin 1784-cü ilə aid məlumatında qeyd edilir ki, Şirvandan 400 tona qədər ipək Həştərxana göndərilirdi.
Əl-Haris ibn Kələda
Əl-Haris ibn Kələda (ərəb. الحارث بن كلدة‎; ö. 13 h.q./634–35) — ərəb həkimi və İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Onun İslamın zühurundan əvvəl tibbi bilik axtarmaq üçün Gündəşapura səyahət etdiyi deyilir. C. Pellat, "al-Harith B. Kalada," EI2, supplement (1980). "The Essay on the Natural Questions of al-Ḥārith". Islamic Medical Manuscripts. İstifadə tarixi: 22 September 2012.
Keleraşi (judets)
Keleraşi judetsi (rum. Județul Călărași) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Judetsin sahəsi 5088 km² təşkil edir. Qərbdə Konstantsa, şərqdə İlfov və Curcu, şimalda Yalomitsa judetsləri ilə və cənubda isə Bolqarıstanın Silistren diyarı ilə həmsərhəddir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı 285 050 nəfər təşkil edirdi, sıxlığı isə 56,02 nəf./km². == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 3 şəhər və 48 kommuna daxildir.