Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəsislik
Xəsislik - insanın öz malına, mülkünə hərisliyindən və kasıblıqdan qorxaraq əmanətindən bərk yapışmasından irəli gəlir. Xəsislər bütün nemətləri mənimsəyərək hamsını zəbt etmək və bunları heç kəslə bölüşməmək istəyi ilə yaşayırlar.
Təsirlik hal
Təsirlik hal:Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür : müəyyənlik bildirən təsirlik hal qeyri-müəyyənlik bildirən təsirlik halMüəyyənlik bildirən təsirlik hal kimi? nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir.Bu növ təsirlik halda işlənən isimlər -ı⁴ (-nı⁴) şəkilçilərini qəbul edir. Məsələn: Tural-ı (Sona-nı) çağır -kimi?. Qələm-i (düymə-ni) götürdüm - nəyi? və s. Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur. Məsələn: Aysel kitab (nə?) oxuyur.
Geoloji kəsiliş
Geoloji kəsiliş - süxurların yatım şəraitinin, müxtəlif yaşlı və tərkibli süxurların qarşılıqlı münasibətinin, geoloji kütlələrin forma və qalınlıqlarının dəyişməsinin, qırışıqlıq və qırılma pozulmalarının xarakterinin, müxtəlif fatsiyaların və onların bir-birinə qarşılıqlı münasibətinin şaquli müstəvidə qrafik təsviri. Geoloji kəsiliş geoloji xəritə ilə birlikdə tərtib edilir və dərinə getdikcə quruluşun dəyişməsini əyani şəkildə göstərir. Geoloji kəsiliş tərtibində təkcə yerüstü müşahidə materialları deyil, həmçinin quyu və geofiziki müşahidə materiallarından da istifadə olunmalıdır. Bəzən Geoloji kəsiliş məfhumu əvəzinə səhvən "Geoloji profil" termini işlədilir. == Azərbaycanda == === Paleontoloji və stratiqrafik nadir geoloji obyektlər === === Geotektonik nadir geoloji obyektlər === === Mineraloji-petroqrafik nadir geoloji obyektlər === === Geomorfoloji nadir geoloji obyektlər === === Hidrosferin nadir geoloji obyektləri === == Həmçinin bax == Geoloji planalma Geoloji tsikl (geoloji inkişaf tsikli) == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Zehni zəiflik
“Yaddaşın normal fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri düşüncənin aydın olmasıdır. Düşüncənin pozulması ilə müşayyət olunan bütün hallarda tam amnezyya qeyd olunur. Bir çox təsadüflərdə amneziyalar beyinin travmaları və ruhi sarsıntıları ilə əlaqədar olaraq baş verdiyi üçün travmanın vaxtından asılı olaraq o bir neçə formaya bölünür. == Retroqrad amneziya == Düşüncənin pozulması ilə müşayiət olunan hadisə zamanı ( travma ) və ondan əvvəlki hadisələrin müəyyən müddət unudulmasına deyilir. Məsələn, avtomobil qəzası nəticəsində düşüncənin qısa müddətli pozulması ilə müşayiət olunan kəllə travması alan adam, maşına mindiyi ana qədər hadisələri ya dəxşı yadına saldığı halda ondan sonrakı travmayadək olan hadisələri tamamilə unutmuşdur. Nəqliyyat hadisəsi maşın yola düşəndən 15 dəqiqə sonra baş vermişdir. Başqa bir xəstə travmaya qədərki beş gün müddətində baş vermiş hadisələri unutmuşdur. == Anteroqrad amneziya == Travmadan sonrakı hadisələrin bu və ya başqa müddət ərzində unudulmasına deyilir. Müddəti bir neçə dəqiqədən bir neçə günə qədər ola bilər. == Retroanteroqrad amneziya == Həm travmadan əvvəlki, həm də travmadan sonrakı dövrləri əhatə edə bilər.
Zəriflik sözləri (film)
Zəriflik sözləri (ing. Terms of Endearment) — kinorejissor Ceyms L. Bruksun Larri Mak Mörtinin eyniadlı romanı əsasında ssenari yazdığı, çəkdiyi və prodüserliyini etdiyi 1983-cü il melodram filmidir. Film otuz il ərzində ana Avrora Qrinuey və qızı Emma arasında münasibətlərindən bəhs edir. Filmin əsas hissəsi incə və sarkastik yumorla zəngin olub, üslubuna görə komediyanı xatırladır. Lakin filmin sonu kifayət qədər dramatikdir. Bu film bütün həyatını qızına həsr etmiş yaşlı qadının aşiq olmağa özünə icazə verməsi barədə hekayədir.. Film 11 nominasiyada Oskara namizəd göstərilmiş və ən yaxşı film nominasiyası da daxil olmaqla 5 nominasiyada qalib olmuşdur. == Film haqqda == Film Lerri Makmertinin romanının təmiz ekranlaşdırılmış variantı deyil beləki Cek Nikolsonun personajı filmin ssenari müəllifi və rejissoru Ceyms Bruks tərəfindən xüsusi olaraq əlavə edilmişdir. İkinci rol oynamasına baxmayaraq Nikolson düşünmədən filmdə rol almağa razılıq vermişdir. O, filmdə ən çox komik epizodlarda çəkilməkdən zövq almışdır..
Zəriflik sözləri (film, 1983)

Birinci beşillik plan (SSRİ)
Birinci Beşillik Plan (I пятилетний план, первая пятилетка) — 1928–1932-ci illər arasında Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinin dövründə əldə edilmiş iqtisadi hədəflərin siyahısı. Plan Sovet İttifaqının iqtisadiyyatında tək ölkədə Sosializm nəzəriyyəsinə uyğun olaraq, sıçrayış etmək məqsədi daşıyırdı.
Azərbaycan SSR birinci beşillik dövründə
Azərbaycan SSR birinci beşillik dövründə — Azərbaycan SSR-də iqtisadiyyatın mühüm inkişaf mərhələlərindən biri. == Beşillik dövründə Azərbaycan SSR iqtisadiyyatına kapital qoyuluşu == Birinci beşillik plan Azərbaycan SSR xalq təsərrüfatının inkişafında mühüm addım oldu. Belə ki, xalq təsərrüfatına (kolxozlarsız) 140 milyon manat (müqayisəli qiymətlə), o cümlədən sənaye inkişafına 89 mln manat (və ya respublika xalq təsərrüfatına yönəldilən bütün kapitalın 63,6 faizi), nəqliyyat və rabitəyə 11 mln (10,7 faiz), kənd təsərrüfatına 16 mln, (7,2 faiz), mənzil tikintisinə, elm, mədəniyyət, maarif, səhiyyə və s. 24 mln manat (21,4 faiz) vəsait qoyulmuşdu. == İqtisadiyyatın möhkəmləndirilməsi sahəsində uğurlar == === Neft sənayesinin inkişafı === Neft sənayesi xüsusilə inkişaf etmişdi. Zəngin yataqları olan Neftçala, Qala (" Əzizbəyovneft" tresti), Lökbatan, Qaraçuxur və s. istismara verildi. Abşeronun hüdudlarından kənarda yeni neftli sahələrin mənimsənilməsinə başlandı. Qazma sahəsində müvəffəqiyyətlər əldə edildi. Qazıma işlərinin həcmi əgər beşilliyin birincilində 320,6 min metr idisə, 1932-ci ildə 484,3 min metrə çatdı.