Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sinofobiya
Sinofobiya (lat. Sinae - Çin və yun. φόβος/phobos - qorxu) — Çinə Çinlilərdə və ya Çin mədəniyyətinə qarşı duyğular. Çinpərəstliyin (və ya sinofiliyanın) əksi. Honkonq suverenliyi Çinə 1997-ci ildə ötürülmüşdü. Halbuki, bəzi Honkonqlular özlərini Çinli kimi tanımırlar. 2014-cü ilin dekabr ayında Honkonq Universiteti tərəfindən aparılan sorğusunda iştrak edənlərin 42,3%-i özünü Honkonq vətəndaşı, 17,8%-i Çin vətəndaşı, 39,9%-i isə ikisi də olduğunu (Honkonq Çinlisi və ya Çində yaşayan Honkonqlu) dedilər. Ötürülməkdən sonra, Honkonqu ziyarət edən kontinental Çinlilərin sayı artmağa başlayıb. 2011-ci ildə onların sayı 28 milyona çatmış. Kontinentdən gələn bəzilərin davranışı yerlilər tərəfindən mənfi qarşılanır.
Ginefobiya
Ginefobiya və ya feminofobiya qadınların anormal qorxusu, sosial fobiyanın xüsusi bir növüdür. Keçmişdə bu fobiya latınca horror feminae termini ilə təsvir edilmişdir. Ginofobiya qadına qarşı nifrət, hörmətsizlik və həddindən artıq qərəzli münasibətlə qarışdırılmamalıdır. Bəzən terminlər bir-birini əvəz edir, lakin bu, qadınlara qarşı mənfi münasibətin patoloji deyil, sosial tərəfinə aiddir. == Etimologiya == Ginefobiya termini yunanca γυνή (gunē), "qadın" və φόβος - (phobos), "qorxu" sözlərindən ibarətdir. Gynephobia sözü fransızca "gynéphobia" sözü ilə türk dilinə keçmişdir. "Gynephobia" termininin qısa adları arasında "feminofobiya" var.
Ksenofobiya
Ksenofobiya — əcnəbi qorxusu, nifrəti anlamında olub, yunanca ξένος (xenos - əcnəbi) ve φόβος (phobos - qorxu) kəlmələrinin birləşməsindən əmələ gəlmişdir. İnsanın əcnəbilərdən ya da başqa bir şəkildə özündən fərqli olan insanlardan qorxmasına və nifrət etməsinə verilən addır. İrqçilik da bəzən Ksenofobiyanın bir növü olaraq tanınır. Fantastikada dünyadan kənar varlıqlardan qorxma anlamını da verir. Amerikan Psixoloqlar Birliyinin "Ruhi Xəstəliklərin Diaqnozu ve Statistikası Əl kitabı"na görə bu fobiya, fobiyanın səbəbi ilə qarşı qarşıya qalan xəstənin həddindən artıq depresiyaya düşməsinə imkan yaradır. Ksenofobiyanın iki növü vardır. Birincisi bir toplumun içində olan amma o toplumun bir parçası sayılmayan bir qrupa qarşı hiss edilən qorxudur. Bu qrup bir çox hallarda köçkünlər ya da qaçqınlar olur, lakin bəzən yüz illər bir arada olunan bir qrup da ola bilər. Ksenofobiyanın bu növü ən pis halda soyqırım kimi vəhşi və təcavüzkar hərəkətlərə səbəb ola bilər. İkincisi isə ümumiyyətlə mədəniyyət fərqlilikləridir — bu vəziyyətdə qorxunun səbəbinin, əcnəbi sayılan mədəni fərqlilikləridir.
Monofobiya
Monofobiya— tək qalma fobiyasıdır; eqoist olmaq qorxusu və ya tək qalmaq qorxusudur. Xəstələrin fiziki olaraq xəstə olmasına ehtiyac yoxdur, lakin onlar özlərinə məhəl qoyulmadığını və ya sevilmədiyini hiss edirlər. Monofobiya bəzi digər fobiyalarla, məsələn, agorafobiya ilə birlikdə mövcud ola bilər və ümumiyyətlə agorafobik klasterin bir hissəsi hesab olunur. Bu o deməkdir ki, monofobiya bəzi narahatlıq pozğunluqları və hiperventilyasiya pozğunluqları ilə eyni xüsusiyyətlərə malikdir. Aqorafobik qrupa aid olan fobiyası olan insanların əsas narahatlığı fövqəladə hallarda kömək istəməkdir. Bu o deməkdir ki, insanlar cəmiyyətə qarışmaqdan, izdihamda qalmaqdan, tək qalmaqdan qorxurlar. Onlar oxşar olsalar da, monofobiya, agorafobiya (ictimaiyyətə çıxmaq və ya böyük izdihamın arasına düşmək qorxusu), özünə nifrət və ya sosial narahatlıq ilə eyni şey deyildir. Bu, digər fobiyalarla əlaqəli olan xüsusi bir fobiyadır. Monofobiyanın müxtəlif tərifləri var, o cümlədən , izolofobiya və eremofobiya. Bunlar bir az fərqlidir, lakin əsasən eyni şeyi ifadə edir.