Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kinovar
Kinovar — triqonal sinqoniya – kinovar; kubik sinqoniya – metasinnabarit. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən == Növ müxtəliflikləri == Metasinnabaritin: qvadalkatsarit (Zn – 9,5%, Cd – 6 % olduqda), saukovit (Cd – 12%, Zn – 3,1% olduqda), onofrit (Se – 8,5%-dək). == Xassələri == Rəng – kinovarın parlaq-qırmızıdan (toz şəkilli növ müxtəlifliyi) tünd-qırmızıyadək, bəzən qurğuşunu - boz çalarlı oksidləşmə rəngləri alır; metasinnabaritin – qaradan poladı-bozadək; Mineralın cizgisinin rəngi – kinovarın parlaq-qırmızı, metasinnabaritin – qara; Parıltı – kinovarın parıltısı müxtəlifdir: kristallik əmələgəlmələrdə almaz, sıx xırdadənəlilərdə – metal, toz şəkillilərdə – tutqun; metasinnabaritin – metal; Şəffaflıq – kinovar yarımşəffaf, bəzən şəffaf, metasinnabarit qeyri-şəffaf; Sıxlıq – kinovarın – 8-8,2, metasinnabaritin – 7,7; Sərtlik – kinovarın – 2-2,5, metasinnabaritin – 3; Kövrəkdirlər; Ayrılma – kinovarda {1010} prizması üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari, tikanlı; Başqa xassələr – metasinnabarit kinovardan fərqli olaraq elektrikkeçirmə ilə səciyyələnir. 344°C temperaturda metasinnabaritin kinovara dönər keçmə prosesi baş verir; Morfologiya – kristallar: qalınlövhəvarı, romboedrik (kinovar), tetraedrik, dodekaedrik (metasinnabarit); İkiləşmə: kinovarda tez-tez {0001} üzrə təmas ikiləşmələri, həmçinin qarşılıqlı nüfuzetmə ikiləşmələri qeyd olunur; Mineral aqreqatları: bütöv, torpaqvari, bəzən gizlikristallik kütlələr, püruzlar, qaysaqlar (kinovar), yaxmalar, xırdadənəli qabıqlar, tozvari qaysaqlar (metasinnabarit). == Mənşəyi və yayılması == Yer səthinə yaxın hidrotermal əmələgəlmələr olub, teletermal və vulkanogen yataqlar üçün səciyyəvidirlər. Civə, sürmə-civə yataqlarında, bəzən qızıllı kvars damarlarında rast gəlirlər. Termal bulaq çöküntülərində aşkar edilmişlər. Bəzən bilavasitə vulkanik qazlardan çökürlər. Nadir hallarda civəli tutqun filizlərin oksidləşmə məhsulu kimi hipergen kinovar müşahidə edilir; Kinovar bəzən səpintilərdə də toplanır. Birlikdə rast gəldiyi minerallar: sərbəst civə, xalsedon, kvars, barit, kalsit, flüorit, xalkopirit, pirit.
Kinoa
Kinoa (lat. Chenopodium quinoa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. Kinoa günəbaxan toxumu kimi becərilən bitkidir. Taxıllara oxşar olsa da, qırtıckimilərdən deyil, ispanaq və çuğundur kimi bitkilərə daha yaxındır.
Kinoda Türkiyə qadını
Kinoda Türkiyə qadını — Türkiyə kinosunda Türkiyə aktrisa və qadın rejissorlar. Türkiyə kinosunun birinci filmi 1914-cü ildə çəkilmişdir, lakin aktyor heyətində qadınların da iştirak etdiyi ilk Türkiyə filmi 1919-cu ildə çəkilmişdir. Türkiyə kinosunun ilk qadın baş rol ifaçısı 1923-cü ildə Bedia Müvahhit olmuşdur.
Angry Birds kinoda
Angry Birds kinoda (ing. Angry Birds Movie) — 2016-cı il istehsalı kompüter animasiyalı ABŞ-Finlandiya filmi. Animasiya filmi Rovio Entertainment istehsalı "Angry Birds" videooyunu əsasında çəkilmişdir. Filmin rejissorları Kley Keytis və Ferqal Reyli, prodüserləri Con Koen və Katrin Uinder, ssenaristi Con Vittidir. Filmin istehsalında Sony Pictures Imageworks də iştirak etmişdir. Filmdəki əsas rolları Ceyson Sudeykis, Coş Qed, Denni Makbrayd, Mayya Rudolf, Keyt Makkinnon, Toni Heyl, Kiqan-Maykl Key, Bill Heyder, Piter Dinkleyc eləcə də Youtube-də uğur qazanmış Smosh səsləndirir. == Məzmun == Dörd Qəzəbli quş (Red, Çak, Bomb və Matilda) kiçik bir cənnətdə yaşayırlar. Lakin bir gün yaşadıqları yerə Donuzların gəldiyini öyrənirlər. Buna görə də Donuzların məkrli planlarını öyrənmək üçün birlikdə işə başlayırlar. == Rollarda == == İstehsal == Finlandiya videooyun istehsalçısı Rovio Entertainment Vankuverdə Sony Pictures Imageworks ilə Angry Birds haqqında tammetrajlı animasiya filmi hazırlayacağını açıqlamışdır.
AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısı
AFI’s 100 Years… 100 Stars (azərb. AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısı‎) — Amerika Film İnstitutunun (AFI) 1999-cu il 16 iyun tarixində CBS kanalında təqdim etdiyi və XX əsr tarixində ABŞ kino sənətində xüsusi xidmətləri olmuş 50 kino xadiminin (25 kişi və 25 qadın) adını birləşdirən siyahı. == 50 "əfsanə" siyahısı == Siyahıdakılar arasında hazırda həyatda olan aktyorlar — Kirk Duqlas, Sidni Puatye və Sofi Lorendir.
Kinoya böyük sevgilərlə... Hüseyn Seyidzadə (film, 2012)
Kinoya böyük sevgilərlə... Hüseyn Seyidzadə — rejissor Elvin Vəlimətovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kinorejissor, Azərbaycanın əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin 100 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Doğma xalqıma", "O olmasın, bu olsun", "Koroğlu", "Yenilməz batalyon", "Dəli Kür", "Qayınana" filmlərinin kadrlarından həsr olunur.