Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Komandir
Komandir (alm. Commanding Officer‎) — Hərbi komandir - Hərbi birləşməyə,hissəyə və ya gəmiyə başçılıq edən şəxs.Məsələn:Bölük komandiri,Hərbi Hissə komandiri və s.Komandirlər birləşmə və ya hissələrə görə bölünürlər,beləki manqa(yarımqrup),taqım(qrup) və ya tim komandirləri "kiçik komandir" heyəti adlanırlar onlar şəxsi heyətin "bir başa rəis"ləri sayılırlar.Bölük və ya ondan böyük birləşməyə başçılıq edən şəxslərsə "bilavasitə rəislər" sayılır. İstehsalat rəhbərlərinə (mühəndislərə,texniklərə) bəzi hallarda komandir deyilir.
Norton Commander
DOS üçün məşhur fayl-menecer olan Norton Commander amerikalı proqramçı Con Souxa (John Socha) tərəfindən yaradılmışdır. Proqram Piter Nortonun (Peter Norton) rəhbərlik etdiyi, sonradan “Symantec” şirkətinə satılmış “Peter Norton Computing” şirkəti tərəfindən istifadəyə verilmişdir. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Komandor adaları
Komandor adaları (rus. Командорские острова) — Rusiyanın şərqində Sakit okeanın Berinq dənizinin cənub-qərbində yerləşir. İnzibati cəhətdən Kamçatka diyarının Aleut rayonu ərazisində yerləşir. Arxipelaq onu ilk dəfə 1741-ci ildə kəşf etmiş Vitus Berinqin ekspedisiyasının gəmisi şərəfinə adlandırılmışdır. Arxipelaqın ən iri adası Berinq adasıdır. Adada Berinqin qəbri yerləşir. Şimal turizminin inkişafına geniş imkanlar vardır. Adalara ilk ayaq basanlar 1741-ci ildə İkinci Kamçatka ekspedisiyası zamanı olmuşlar. Hətta onların gəmisi Berinq adası yaxınlığında qəzaya uğramışdır. Mednı adası isə Yemelyan Basov tərəfinfən aşkarlanmışdır.
Komandor qoruğu
Komandor dövlət təbiət qoruğu — 23 aprel 1993-ci ildə yaradılmışdır. Qoruq dörd əsas adanın sahəsində qurulmuşdur — Mednı, Beqinqa, Ariy kamen və Toporkov, üstəlik 60 kiçik ada. Qoruğun ərazisinə Berinq dənizi və Sakit okeanın şelf əraziləridə daxildir. Komandor adaları Sakit okeanın şimal-qərbində yerləşərək, Aleut adaları silsiləsinin sualtı davamını təşkil edir. Ən hündür nöqtəsi Steller dağıdır (755 m). Qoruğun sahəsi 3 648 679 ha təşkil edir. Üstəlik 3 463 300 ha dəniz sahəsi belə bura daxildir. Qoruq ərazisində ümmumilikdə 383 növ və 37 yarımnöv borulu bitkiyə rast gəlinir. Adalar 93 bitkinin şərq, 10 bitkinin isə qərb qərhədini təşkil edir. Ərazidə bir çox endemik və relikdir, İlin şaxtasız günlərinin sayı 127–140 arasında dəyişir.
Komandir (film, 2022)
Komandir (türk. Komutan) — Kılıç Yapım istehsalı, rejissorları Selahettin Sancaklı və Mert Kılıç olan, ssenarisini Mert Kılıçın yazdığı, baş rollarını Mert Kılıç və həyat yoldaşı Aslıhan Güner Kılıçın ifa etdiyi dram, hərbi, döyüş, müharibə janrında olan Türkiyə istehsalı film. Film Suriya, Əl-Babda öldürülmüş türk əsgərlərinin nəəşini Türkiyəyə gətirməklə vəzifələndirilən 4 nəfərlik bir hərbi komandanın bu hadisə əsnasında terror təşkilatı üzvləriylə girdiyi çəkişmələrdən bəhs edir.
Komandor adaları döyüşü
Komandor adaları döyüşü — (həmcinin Attu döyüşü) — İkinci dünya müharibəsində Sakit okean cəbhəsinə daxil olan döyüş. Toqquşma 27 mart 1943-ci ildə Kamçatka ilı Attu adası arasında Komandor adalarının cənubunda baş vermişdir. Yaponlar Alyaskaya hücum etmək məqsədi ilə Aleut adalarının Kiska və Attu adalarında baza yaratmışdılar. Amerikanlar bunun qarşısını almaq məqsədi ilə əlaqəni kəsməyə cəhd etmişdir Operativ birləşmə 16.6 «Solt Leyk Siti» ağır kreyser «Riçmond» — yüngül kreyser 14-cü minadaşıyan eskadra «USS Bailey (DD-492)» esminsev «USS Coghlan (DD-606)» esminsev «USS Dale (DD-353)» esminsev «USS Monaghan (DD-354)» Şimal Birləşməsi «Nate» ağır kreyser «Maya» ağır kreyser «Tama» yüngül kreyser 1-ci esminsev eskadrası «Abukuma» yüngül esminsev 21-ci eskadra «Bakaba» esminsev «Hasuşimo» esminsev 9-cu diviziya (döyüşdə iştirak etməmişdir) «Usuqumo» esmines «Sanko-Maru» 6-cı diviziya «İkacuti» esmines «İnacuna» esmines «Asaka-Maru» nəqliyyat gəmisi «Sakito-Maru» nəqliyyat gəmisi MakMorris üfüqdə qəmi aşkarladıqdan sonra döyüş hazırlığı əmri verir. Ancaq onlar qarşılarında gəmilərin sayının nə qədər olmasından xəbərsiz idilər. Yaponlarda görünən gəmiləri Yaponiyadan bazaya gələn gəmilərlə səhv salırlar. Sonradan səhvlərini anlayırlar. Tərəflər eyni anda bir-birlərini 20 kilometrdən atəşə tutmurdular. Yaponlar ilk əvvəl «Riçmond», gəmisinə atəş açırdılar, lakin atışlar bir nəticə vermir. Sonradan «Solt Leyk Siti» gəmisi intensiv atəş altlnda qalır.
Mixail Yefremov (komandir)
Mixail Yefremov (27 fevral (11 mart) 1897 – 19 aprel 1942) — sovet komandiri, Vətəndaş müharibəsinin və İkinci Dünya Müharibəsinin iştirakçısı, general leytenant (1940). 1996-cı ildə ölümündən sonra Rusiya Federasiyası qəhrəmanı adını alıb. Rusiyada gedən Vətəndaş müharibəsi dövründə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakının işğalında əsas rol oynamış zirehli qatarların reydini təşkil etmiş və Azərbaycanda sovet hökumətinin qurulmasında iştirak etmişdir. 1941-ci ildə Moskvanın müdafiəsi zamanı Naro-Fominsk istiqamətində 33-cü ordunun fəaliyyətinə rəhbərlik etmişdir. 1942-ci ildə Rjevsko-Vyazemskoy əməliyyatı çərçivəsində uğursuz əks hücum zamanı həlak olmuşdur.
Qatır Məmməd (komandir)
Yaqub Ələsgər oğlu Rzayev (4 oktyabr 1944, Çuxurməhlə, Ağdam rayonu – 16 iyul 1993, Bakı) — Birinci Qarabağ müharibəsi iştirakçısı. "Qarabağ şahinləri" batalyonunun komandiri. Qatır Məmməd və Ala Yaqub ləqəbləri ilə də tanınıb. Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin atasıdır. Yaqub Ələsgər oğlu Rzayev 4 oktyabr 1944-cü ildə Ağdam rayonu Xıdırlı sovetliyinin Çuxurməhlə kəndində anadan olmuşdur. Orta təhsilini Əhmədavar kənd orta məktəbində almışdır. Sənətkar idi, qəbir daşları yonmaqla ailəsini dolandırırdı. Evli idi, iki oğlu və iki qızı var idi. Yaqub Rzayev 1988-ci ildən Azərbaycan Milli Azadlıq Hərəkatına ilk qoşulanlardandır. Artıq 1991-ci ildə Qarabağda müharibənin labüd olduğunu hamı başa düşürdü.
Yaqub Rzayev (komandir)
Yaqub Ələsgər oğlu Rzayev (4 oktyabr 1944, Çuxurməhlə, Ağdam rayonu – 16 iyul 1993, Bakı) — Birinci Qarabağ müharibəsi iştirakçısı. "Qarabağ şahinləri" batalyonunun komandiri. Qatır Məmməd və Ala Yaqub ləqəbləri ilə də tanınıb. Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin atasıdır. Yaqub Ələsgər oğlu Rzayev 4 oktyabr 1944-cü ildə Ağdam rayonu Xıdırlı sovetliyinin Çuxurməhlə kəndində anadan olmuşdur. Orta təhsilini Əhmədavar kənd orta məktəbində almışdır. Sənətkar idi, qəbir daşları yonmaqla ailəsini dolandırırdı. Evli idi, iki oğlu və iki qızı var idi. Yaqub Rzayev 1988-ci ildən Azərbaycan Milli Azadlıq Hərəkatına ilk qoşulanlardandır. Artıq 1991-ci ildə Qarabağda müharibənin labüd olduğunu hamı başa düşürdü.
Komandor mavi qütb tülküsü
Komandor mavi qütb tülküsü (lat. Alopex lagopus semenovi) — Qütb tülküsünə daxil olan yarımnöv ancaq Mednı adasında (Komandor adaları) yayılmışdır. Saylarının azlığı səbəbindən Rusiyanın Qırmızı kitabına daxil edilmişdir. Ümumi saylarının cəmi 100 olması düşünülür. Yarımcinsin yayıldığı Medni adası 1993-cü ildən Komandor qoruğu ərazisinə daxildir.