Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Krematoriya
Krematoriya — meyitlərin yüksək temperaturda yandırıldığı yerdir. Bir çox din və mədəniyyətdə krematoriya geniş yayılmışdır. Bəzi mədəniyyətlərdə ölülərin külü suvenir kimi saxlanılır. Bundan əlavə, epidemiya riski olan cəsədlər də krematoriyalarda yandırılır. Azərbaycan dilinə ingilis dilindən keçmiş sözün mənşəyi Latınca cremare (yandırmaq) felinə əsasındadır. Türkiyədə nə qədər sayda olduğu tam olaraq bilinməməklə birlikdə Osmanlının son dövrlərində Anadolu Qovağı sərhədləri içində bir ədəd krematoryum deyilə biləcək yer vardı. Zincirlikuyu qəbiristanlığında da bir krematoriya tikilmişdi, sonradan sökülərək avtomobil parkına çevrildi.
Crematory
Crematory — Alman Gothic/Doom/Melodik death metal qrupu. == Haqqında == 1991-ci ildə Almaniyada yaradılıb. Qrup bu üslubda My Dying Bride, Tiamat və Atrocity kimi qruplarla tez tanınaraq, üslublarının ən məşhurları olmuşdur. Almaniyanın Wacken Open Air festivalın da 1996, 1998, 1999, 2001 və 2008-ci ildə daxil olmaqla konsertlər də çıxış etmişdir.1996-cı ildə Nuclear Blast albom şirkəti ilə müqavilə bağlayan Crematory, daha sonra 2006-cı ildə müqaviləni qarşılıqlı olaraq ləğv edərək, yarandıqları ildən ilk albom şirkəti olan Massacre Records ilə yenidən müqavilə bağlamışdır. Qrupun ilk debüt studio albomu 1993-cü ildə "Transmigration" adlı albomları olmuşdur. Bu albom Almaniya və Avropada çox bəyənilmişdir. Crematory qrupu 2001-ci ildə qrup fəaliyyətini dayandırsa da, 2003-cü ildə yenidən bir araya gələrək qrup fəaliyyətlərinə davam etmişdir.
Kreator
Kreator (qrup)
Kreator (qrup)
Kreator — Almaniyanın tanınmış rok-qrupu. == Qrup haqqında == Kreator 1984-cü ildə Almaniyanın Essen şəhərində gitara və vokalda Mille Petroza, bas gitarada Rob və vurma alətlərdə Ventor tərəfindən Tormentor adıyla qurulan qrup Essen, Ruhr çayı kimi ərazilərdə meydana gələn sənaye çirkliliyini mahnılarına mövzu etmişdir. Thrash metala yaxın xəttiylə olduqca sərt və sürətli bir musiqi hazırlayan və gedərək yerli çirklilikdən əlavə ümumi olaraq ətraf problemləri üzərində sıxlaşmağa başladı. Adlarını Kreator olaraq dəyişdirdikdən sonra «Endless Pain» adlı ilk albomlarını yayımladılar və underground bazarda böyük bir maraq gördülər. İkinci albomları «Pleasure to Kill» ilə Avropanın daxilində tanınmağa başladılar və thrash metala yaxşıca yaxınlaşdılar, ancaq musiqilərinə death metal ünsürlərini da qatmışdılar. İki albom da hazırladıqdan sonra «Extreme Aggression» albomunda son dərəcə keyfiyyətli bir iş ortaya qoydular və «Coma of Souls» albomunda da bu keyfiyyəti qorudular. Sözlərində həyatın qaranlıq və ağrılı tərəfini, yox edilən ətrafı, irqçiliyi, insanlığın təbiətə və bir-birlərinə qarşı tətbiq etdiyi vəhşiliyi kimi mövzulara toxunan qrup, musiqi olaraq bu dəhşət dolu mövzuları səslə dəstəklədilər. Ancaq Almaniyanın irqçi seqmenti neonazilərin də etirazı ilə qarşılaşdılar. Lakin heavy metalın ümumi quruluşu içində bu irqçi hücumlara qarşı arxalarında daim dəstək var idi. Kreator hazırladığı musiqi ilə siyasət və ətraf mövzusunda ən sərt ifadələri istifadə edən qrup oldu və hardcore qruplarının üslublarını meydana gətirmədə nümunə aldıqları bir qrup halına gəldi.
Kreator TV
"Kreator TV" — "Davorin Stetner" şirkətinin sahibi olduğu Xorvatiya idman telekanalı. Telekanal Xorvatiyanın bütün IPTV və kabel operatorlarında (Max TV, B. Net, Iskon TV, Opti TV, Amis TV, VIP TV) və Bosniya və Herseqovinanın "Home TV" operatorunda yayımlanır. "Kreator TV"-nin studiyaları və yayım qurğuları Yastrebarsko şəhərində yerləşir. "Kreator TV" 2011-ci ildə yayıma başlamışdır. Telekanal bir müddət "Kreator F1" və "Kreator F1 HD" adı altında Xorvatiya ərazisinin ən böyük provayderi olan "Max TV"-də Formula 1 (F1) yarışlarını yayımlayırdı. "Kreator TV"-in sahibi olan "Croatian Telecom" şirkəti Xorvatiya üçün xüsusi F1 yayım hüquqlarını satın almışdır. Formula 1 yarışlarını yayımlayan telekanal 2013-cü ilin ikinci yarısından "Kreator TV" adı altında yayımlanır. "Kreator TV" yüksək səviyyəli və böyük tarixə malik yarışların yayım hüququna malikdir. Telekanalda Formula 1, MotoGP, MX GP, FIA WTCC, FIA ERC kimi yarışlar nümayiş olunur. "Kreator TV" 2015-ci ildə Xorvatiya İkinci Futbol Liqasının yayım hüququnu əldə etmişdir.