Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lillənmə
Lillənmə — su hövzəsi yatağının və ya su axarı məcrasının qeyri-üzvi və üzvi hissəciklərlə dolmasıdır. Lillənmə su hövzələrinin, çayın dayazlaşmasına, hövzənin kiçilməsinə səbəb olur. Lillənmə ilə mübarizə aparmaq üçün torpaq qazıyan texnikadan, sahil zonada (suqoruyucu zona) meşə zolaqları salmaqdan istifadə olunur. == Mənbə == Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.
Güllələnmə təxirə salınır!... (film, 2002)
Güllələnmə təxirə salınır! — Rejissor Ələkbər Muradovun filmi. == Məzmun == Həyat onları özgə cür yaşamağa və tanımağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər... 1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc "varlıların" əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar... Hüquqi baxımdan bu cavanlara "oğru" damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır... Filmdə həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır. == Film haqqında == Filmin çəkilişlərinə Əmircan kəndinin sakinləri köməklik göstərmişdir.