Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pəyəcik (Zolaçay)
Pikəçik (fars. كاجيك‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Zolaçay kəndistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 441 nəfər yaşayır (109 ailə).
Beyincik
Beyincik – hərəkətlərin müvazinətini tənzimləyən mərkəzi orqan. Fəaliyyəti reflektor olaraq əzələ tonusunu, hərəkətlərin tarazlığını, müvazinətini və sinergiyasını saxlamaqdır. Arxa kəllə çuxurunda yerləşir, dördüncü mədəciyin damını təşkil edir; onun yuxarı səthi beyin yarımkürələrinin ənsə payından sərt qişanın bir hissəsi ilə ayrılır, aşağıda beyincik böyük ənsə dəliyinə yaxınlaşır. İki yarımkürədən (hemisferia cerebelli) və ortada yerləşən soxulcandan (vermis) ibarətdir. Ağ maddənin daxilində beyincik nüvələri yerləşir: dişli nüvə (n.dentatus), mantarabənzər nüvə (n.emboliformis), şarabənzər nüvə (n.globosus) və dam nüvəsi (n.fastigii).3 cüt ayaqcıqlar vasitəsilə uzunsov beyinlə (aşağı ayaqcıqlar), varoli körpüsü ilə (orta ayaqcıqlar) və orta beyinlə (yuxarı ayaqcıqlar) əlaqələnir. Beyincik funksiyasının yerinə yetirilməsi beyin qabığından gələn müvazinət impulsları və onurğa beyindən qalxan yolların bədənin mühitdə yerləşməsi haqqında verilən informasiya ilə əmələ gəlir. Arxa kəllə çuxurunda, körpü ilə uzunsov beynin arxasında və beynin ənsə paylarının altında yerləşir. Frontal ölçüsü- 3–5 sm və çəkisi 150 qramdır. Beyincik iki yarım kürədən- hemispheria cerebeli və onların ortasında yerləşən soxulcandan-vermis, ibarətdir. Əsas funksiyası hərəkətin kordinasiyasına nəzarətdir.
Gelencik
Gelencik — Rusiya Federasiyasında yerləşən, şəhər Krasnodar diyarına daxildir. == Tarixi == Qara dənizin Gəlincik buxtasında yerləşir. Kırım müharibəsinin məğlubiyyətindən sonra çar hökuməti Qara dəniz sahilləri üzərindəki qalaları möhkəmləndirmək və yeniləşdirmək məqsədilə bu yerlərə hərbiləşdirilmiş qüvvələr köçürüb məskunlaşdırmağı qərara aldı. Kənd və buxta öz təbii gözəlliklərinə görə Gəlincik adlanırdı. Amma bu adı rus dilinə bu yerlər fəth olunandan sonra sadəcə "nevesta" gəlin yox, "belaya nevesta" (ağ gəlin) kimi tərcümə edirlər. Bu da bahar gələndə Gəlinciyin başdan başa ağ çiçəklərə-şükufələrə bürünməsi ilə bağlıdır. "Bizim sanatoriya çiçəklənmiş armud, alma, badam və ərik ağaclarının ağ dalğalarında itib batmışdır. Deyirlər ki, bu yerlərin keçmiş sakinləri olan çərkəzlərin dilində bu cazibədar sahil kəndinin adı Ağ gəlin olmuşdur. Necə əziz, necə dəqiq addır. Belə ki, bu addan Padşah Süleymanın "Nəğmələr nəğməsi"ndən birbaşa axıb süzülən Şərq poeziyasının koloritli dilinin ətri gəlir" deyə yazıçı Kuprin yazırdı.
Qelencik

Gelencik buxtası
Gelencik buxtası — Qara dənizin şimal-şərq sahilində donmayan buxta. Qədim dövrlərdən hərbi və ticarət məqsədləri üçün istifadə edilmişdir. XX əsrin əvvəllərində ümumrusiya əhəmiyyətli kurort ərazisi kimi inkişaf etməyə başladı. Buxta1829-cu ildə Rusiya İmperiyasının tərkibinə daxil oldu. İnzibati cəhətdən buxta Rusiyanın Krasnodar diyarının bir hissəsidir. Körfəzin su sahəsi donmayan olduğundan, bir çox su quşları üçün vacib qışlama və yuvalama yeridir. Hazırda körfəzin sahilləri sıx məskunlaşıb və güclü antropogen təsirə məruz qalır. == Coğrafiyası == Gelencik buxtası Qara dənizin şimal-şərq hissəsindədir və at nalı şəkilli formaya malikdir. Dərinliyi azdır. Körfəzin qərb sahili alçaq, təpəlikdir və tədricən dənizə enir.