Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaladərəsi
Qaladərəsi (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Qaladərəsi (Gorus) — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonundakı kənd. Kiçik Qaladərəsi — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində kənd. Böyük Qaladərəsi — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində kənd.
Böyük Qaladərəsi
Böyük Qaladərəsi (əvvəlki adı: Metsqaladərəsi) — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şuşa rayonunun Metsqaladərəsi kəndi Böyük Qaladərəsi kəndi adlandırılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponomikası == Keçmiş adı Köhnəkənd, Sovet hakimiyyəti illərində Kirov, Metsqaladərəsi olmuşdur. 1992-ci ildən bu adla rəsmiləşdirilmişdir. Oykonim "Qala (Şuşa nəzərdə tutulur) dərəsindəki böyük kənd" deməkdir.Orta əsrlərdə Şuşa qalasının ətəyində dərənin adı. Ərəbcə mənbədə. Kala-i-Dara formasındadır. 1828-ci ildə İrandan köçürülmüş ermənilər orada məskunlaşdıqdan sonra iki Qaladərəsi kəndi yaranmışdır: Metz (böyük) Qaladərsi və Pokr (kiçik) Qaladərəsi. Qala sözü şumer dilində eqan "bərkidilmiş" və ya "hasarlanmış yer" sözündəndir.
Kiçik Qaladərəsi
Kiçik Qaladərəsi — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Qaladərəsi (Gorus)
Qaladərəsi, Halidzor, Qalidzor, Alidzor — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonundakı kənd. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ərəb dilində «möhkəmləndirilmiş yer, şəhər» mənasında işlənən qala sözü ilə Azərbaycan dilində «iki dağ və ya təpə arasında, düzənlikdə uzun, dərin çuxur» mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib «dərədə yerləşən qala yanında olan kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Qalidzor (Qala dərəsi) qoyulmuşdur.
Qaladərəsi (Şamaxı)
Qaladərəsi – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Qaleybuğurd i.ə.d.-də kənd. Qala çayının (Ağsu çaynın qolu) sahilində, dağətəyi ərazidədir. Əhalisi 143 nəfərdir (2009), 36 təsərrüfatı var. İlkin əhalisi qonşu Qaleybuğurd və başqa kəndlərdən gələrək qazmalar şəklində məskunlaşarmış və sonralar kənd yaşayış məskəni kimi formalaşmışdır. Qaladərəsi kəndi yerləşdiyi ərazinin relyefinə uyğun Qaleybuğurd qalasına yaxın çay dərəsində yerləşdiyinə görə Qaladərəsi adlandırılmışdır. == Əhalisi == Kənd əhalisi 140 nəfərdir ki, onunda 64 nəfəri kişi, 78 nəfəri isə qadınlar təşkil edir.