Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çaykəsən (Mərənd)
Çaykəsən (fars. چايكسن‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (30 ailə).
Daşkəsən
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən şəhər inzibati ərazi dairəsində şəhər. Yaşayış məntəqəsi 1930-cu ildə burada dəmir filizi çıxarılması ilə əlaqədar salınmışdır. Daşkəsən kəndi əsasında yaranmışdır. Oykonim "daş (dəmir filizi) çıxarılan yer" mənasındadır. İkinci dünya müharibəsindən sonra 1948-ci il mart ayının 16-da şəhər statusu verilmişdir. Azərbaycanın qərbində "metallurqlar şəhəri" Daşkəsənin inşası ətrafdakı dəmir, kobalt, alunit və digər faydalı qazıntılarla zəngin yataqları mənimsəmək, dağ-mədən işçiləri üçün müvafiq sosial-məişət şəraiti və yaşayış üçün zəruri infrastruktur yaratmaqla Cənubi Qafqazda metallurgiyanın xammal bazasının əsasını qoymaq məqsədi daşıyırdı. Şəhərin tikintisi burada Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının yaradılması ilə paralel aparıldı. 1944-cü ildə həmin müəssisənin özülü qoyuldu. 1954-cü ildə isə burada dəmir filizinin zənginləşdirilməsinə və dəmir konsentratı istehsalına başlanıldı. 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.
Daşkəsən (qəsəbə, Daşkəsən)
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Qəsəbə 1937-ci ildə Qoşqar çayının sahilində kobalt istehsalı ilə əlaqədar salınmış və Kobalt qəsəbəsi adlandırılmışdır. 1942-ci ildən rəsmən Daşkəsən adlanır. Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Qəsəbə Qoşqarçayın (Kürün qolu) sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. Qəsəbədə Daşkəsən qəsəbə klubu fəaliyyət göstərir. Qəsəbədə Daşkəsən rayon Daşkəsən qəsəbə tam orta məktəbi və Daşkəsən rayon Daşkəsən qəsəbə ümumi orta məktəbi fəaliyyət göstərir. 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır. Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Qəsəbədə Daşkəsən qəsəbə tibb məntəqəsi yerləşir.
Ağkəsən
Ağkəsən — Qax rayonu ərazisində dağ. Ağkəsən — Şəki-Zaqatala rayonları ərazisindən axan çay.
Bayan (Daşkəsən)
Bayan (erm. Բանանց)— Azərbaycan Respublikasının Daşkəsən rayonunun Bayan kənd inzibati ərazi dairəsində kənd. 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Bayan kənd inzibati ərazi dairəsi tərkibindəki Bayan kəndinin ərazisindən 11,57 ha (bundan dövlət mülkiyyətində olan 0,8 ha, bələdiyyə mülkiyyətində olan 2,57 ha və xüsusi mülkiyyətdə olan 8,2 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir. Toponimiyada bu söz çox vaxt türk dillərindəki bayan (qadın, xanım, varlı, dövlətli, zəngin) sözü ilə açıqlanılır. Lakin nəzərə almaq lazımdır ki, qədim abidələrin dilində baya (müasir Azərbaycan dilində "bayaq") sözü də işlənmişdir ki, bu da "əvvəlki, keçmiş, yaxın keçmiş" mənasını ifadə etmişdir. Bundan başqa, həmin sözün bayın variantı da işlənməkdədir. Qədim lüğətlərdə bayın "al qırmızı gül növü" kimi izah edilir. Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, bayan komponentli toponimlər qaraqalpaq, uyğur və qırğız xalqlarının tərkibindəki bayan adlanan türk qəbiləsinin adı ilə bağlıdır. Monqolustanda Bayan-Tümen, Bayan-Uleqey, Bayan-Xara, Bayan-Xonqor, Cənubi Azərbaycanda Bayan, Bayandaş, Buryat toponimiyasında Bayanqol və s. coğrafi adlar qeydə alınmışdır.
Daşkəsən (1946)
Daşkəsən (1973)
Filmdə mədənçilər şəhəri Daşkəsən haqqında danışılır. Mədənçilərin yalnız fədakar əməyi barədə deyil, həm də onların məişəti, qayğıları barədə də söhbət açılır.
Daşkəsən (Azərşəhr)
Daşkəsən (fars. داشكسن‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 447 nəfər yaşayır (117 ailə).
Daşkəsən (Cəbrayıl)
Daşkəsən — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizağ nahiyəsinin Daşkesen kəndi olaraq keçir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilib. Cəbrayıl rayonunun Süleymanlı i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi Daşkəsən təpəsi adlı yerin ş.-ində salındığına görə belə adlandırılmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Daşkəsən (Meşkinşəhr)
Daşkəsən (fars. داش كسن‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 324 nəfər yaşayır (71 ailə).
Daşkəsən (Miyanə)
Daşkəsən (fars. داش كسن‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (16 ailə).
Daşkəsən (Qürvə)
Daşkəsən (fars. داش كسان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 359 nəfər yaşayır (80 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Daşkəsən (Sayınqala)
Daşkəsən (fars. داش كسن‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (38 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Daşkəsən (Vərziqan)
Daşkəsən (fars. داشكسن‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (39 ailə).
Daşkəsən (dəqiqləşdirmə)
Daşkəsən — Azərbaycanda şəhər. Daşkəsən rayonu — Azərbaycanda rayon. Daşkəsən qəsəbəsi — Azərbaycanda qəsəbə. Daşkəsən (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Daşkəsən (qəzet) — Azərbaycanda qəzet.
Daşkəsən (qəsəbə)
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Qəsəbə 1937-ci ildə Qoşqar çayının sahilində kobalt istehsalı ilə əlaqədar salınmış və Kobalt qəsəbəsi adlandırılmışdır. 1942-ci ildən rəsmən Daşkəsən adlanır. Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Qəsəbə Qoşqarçayın (Kürün qolu) sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. Qəsəbədə Daşkəsən qəsəbə klubu fəaliyyət göstərir. Qəsəbədə Daşkəsən rayon Daşkəsən qəsəbə tam orta məktəbi və Daşkəsən rayon Daşkəsən qəsəbə ümumi orta məktəbi fəaliyyət göstərir. 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır. Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Qəsəbədə Daşkəsən qəsəbə tibb məntəqəsi yerləşir.
Daşkəsən (qəzet)
Daşkəsən (Çaldıran)
Daşkəsən (fars. داشكسن‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (6 ailə).
Daşkəsən (Çaroymaq)
Daşkəsən (fars. داش كسن‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (7 ailə).
Daşkəsən bələdiyyələri
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Daşkəsən bələdiyyəsi

Daşkəsən nekropolu
Daşkəsən nekropolu — Azərbaycan ərazisində arxeoloji abidə Daşkəsən nekropolunun daş qutu tipli qəbirləri bir sıra xüsusiyyətləri ilə fərqlənir. Burada uzadılmış vəziyyətdə dəfn adətindən tutmuş, kəllənin altına kasa qoyulmasına, kollektiv dəfn, kəlləsiz dəfn etməyə qədər müxtəlif dəfnlərə, həmçinin küllə doldurulmuş qablara-urnalara da rast gəlinmişdir. Dəfn edilmiş skeletlərin bəzisi qeyri-adi böyüklükdə (uzunluğu 2,13 m) və uzunbaşlı olmuşdur. Qəbirlərdən boz rəngli, konnelyur naxışlı və sadə qablar aşkar olunmuşdur. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Daşkəsən qəsəbəsi
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Qəsəbə 1937-ci ildə Qoşqar çayının sahilində kobalt istehsalı ilə əlaqədar salınmış və Kobalt qəsəbəsi adlandırılmışdır. 1942-ci ildən rəsmən Daşkəsən adlanır. Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Qəsəbə Qoşqarçayın (Kürün qolu) sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. Qəsəbədə Daşkəsən qəsəbə klubu fəaliyyət göstərir. Qəsəbədə Daşkəsən rayon Daşkəsən qəsəbə tam orta məktəbi və Daşkəsən rayon Daşkəsən qəsəbə ümumi orta məktəbi fəaliyyət göstərir. 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır. Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Qəsəbədə Daşkəsən qəsəbə tibb məntəqəsi yerləşir.
Daşkəsən rayonu
Daşkəsən rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Daşkəsən şəhəridir. Keçmiş Sunqurabad nahiyəsi olan Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 30.08.1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948-ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. Bundan sonra rayona əhali axını güclənmişdir. Lakin rayona daha çox ermənilər məskunlaşdılırdı. Ermənilərin Moskvadakı havadarı Anastas Mikoyanın təşkilatçılığı ilə 1948–1953-cü illərdə Daşkəsənə minlərlə erməni ailəsi köçürülür. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur.
Daşkəsən şəhəri