Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sənan Axundov (polkovnik-leytenantı)
Sənan Tahir oğlu Axundov (29 sentyabr 1979, Füzuli – 18 aprel 2016, Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (polkovnik-leytenantı). 2016-cı ildə Aprel döyüşləri dövründə şəhid olub. == Həyatı == Sənan Axundov 1979-cu ilin 29 sentyabr günündə Füzuli şəhərində Tahir və Roza Axundovların ailəsində anadan olub. 1993-cü ildə erməni quldurlarının Füzuli şəhərinin bir hissəsini işğal etməsi ilə Axundovlar ailəsi qaçqın həyatı sürməyə başladı. == Təhsil == Sənan Axundov 1985-ci ildə Füzuli şəhərinin qərb hissəsində yerləşən Fioletovka qəsəbəsindəki 3 saylı səkkizillik məktəbə qəbul edilmişdir. 1992-ci ildə, məktəbin 7-ci sinifində təhsil alarkən erməni hücumları ilə bağlı rayon ərazisində yaranmış mövcud tarixi şəraitdən asılı olaraq təhsilini Bakı şəhərinin Binəqədi rayonundakı 144 saylı tam orta ümumtəhsil məktəbində davam etdirmişdir. 1996-cı ildə həmin orta məktəbi bitirdikdən sonra Bakı Ali Hərbi Dənizçilik Məktəbinə qəbul olunmuşdur. == Ailə == Şəhid polkovnik-leytenant Sənan Tahir oğlu Axundovun 27 avqust 2002-ci il doğumlu 1 oğlu Tahir Sənan oğlu Axundov və 22 noyabr 2005-ci il tarixdə anadan olan 1 qızı Nəzrin Axundova == Hərbi xidməti == 1996 – 2001-ci illərdə Bakı Ali Hərbi Dənizçilik Məktəbində oxumuş və elektron texnikası mühəndisi kimi fəaliyyətə başlamışdır. Həmin ildə Azərbaycan Respublikasının Ağstafa rayonunun ərazisində yerləşən “N” saylı hərbi hissədə baş leytenant kimi qulluğa başlayan Sənan Axundov 2004-cü ildə Bakıya gəlmiş və Müdafiə Nazirliyində informasiya şöbəsində çalışmışdır. 2004 – 2009-cu illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində qiyabi təhsil almışdır.