Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məvhibə İnönü
Məvhibə İnönü (türk. Mevhibe İnönü; 22 sentyabr 1894, Konstantinopol – 29 fevral 1992, Ankara) — 1938-ci il noyabrın 11-dən 1950-ci il mayın 27-dək əri İsmət İnönü prezidentliyi dövründə Türkiyənin birinci xanımı. == Həyatı == === İlk illəri === Məvhibə İnönü 22 sentyabr 1897-ci ildə İstanbulun Fatih səmtində anadan olub. Onun cəmi üç yaşı olanda atası vərəmdən ölüb. Tezliklə onun bacısı da həyatını itirib. Ailədəki itkilərdən sonra Məvhibənin anası onunla birlikdə babasının evinə köçdü. O babası evində böyüdü. Birinci sinfi bitirdikdən sonra ailəsinin qərarı ilə o, orta məktəbi yarımçıq qoyub. Məvhibə 1916-cı il aprelin 13-də Osmanlı ordusunun miralay rütbəli zabiti Mustafa İsmətlə evlənir. Onların evliliyi Birinci Dünya müharibəsi dövrünə düşdü.