Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muhammad Eissavi
Muhammad Mazen oğlu Eissavi (18 fevral 2002, Bakı – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Muhammad Eissavi 2002-ci il fevralın 18-də anadan olub. Milliyyətcə ərəb (fələstinli) idi. Subay idi. 76 nömrəli tam orta məktəbi bitirib. 1 ildir ki məktəbdə məzun olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Muhammad Eissavi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Muhammad Eissavi noyabr ayının 9-da şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Muhammad Eissavi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Muhammad Eissavi ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Muhammad Puteh
Muhammad Syafiq Puteh (20 oktyabr 1995, Perak) — Malayziyalı suya tullanan. Muhammad Puteh Malayziyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Muhammad Puteh birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 283.20 xal toplayaraq 33-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.