Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kürdəmic
Əhmədli (əvvəlki: Kürdəmic) — Azərbaycan Respublikasının Şamaxı rayonunun Hacılı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd XIX əsrdə salınıb. == Toponimikası == Kəndin adını Əhməd şəxs adı ilə bağlayırlar. == Coğrafiyası və iqlimi == Kənd Pirsaat çayının sahilində, Çobançatladan dağının şimal ətəyində yerləşir. == Əhalisi == Kənd əhalisi 545 nəfərdir ki, onunda 248 nəfəri kişi, 297 nəfəri isə qadınlar təşkil edir.
Aşağı Əndəmic
Aşağı Əndəmic (əvvəlki adı: Aşağı Əndəmiç) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Əndəmiç kəndi Aşağı Əndəmic kəndi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Aşağı Əndəmic kəndi Yuxan Əndəmic kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Əndəmic kənd inzibati ərazi vahidi yaradılmışdır.Aşağı Əndəmiç oyk., mur. Ordubad rayonunun Nüsnüs inzibati ərazi vahidində kənd. Ordubad çayının sahilindədir. Yaşayış məntəqəsini XIX əsrin əvvəllərində keçmış Əndəmiç kəndindən çıxmış ailələr salmış və Aşağıda, çökəkdə yerləşdiyinə görə belə adlanmışdır. Xalq danışıq dilində əndə "eniş-yoxuş"; "cala-cuxur", mış "su yığılan yer" mənalarını ifadə edir. Beləliklə, oykonim "su yığılan cala, cuxur yer" mənasındadır. 2003-cu ildən kəndin adı Aşağı Əndəmic kimi rəsmiləşdirilmişdir.. == Coğrafiyası və iqlimi == Rayonun mərkəzindən 5 km şimal-qərbdə, Dübəndi çayının sağ sahilindədir.
Yuxarı Əndəmic
Yuxarı Əndəmic (əvvəlki adı: Yuxarı Əndəmiç) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Əndəmiç kəndi Yuxarı Əndəmic kəndi adlandırılmışdır. == Toponimikası və tarixi == Keçmiş adı Əndəmiç olmuşdur. XIX əsrdə bu kənddən çıxmış ailələr Ordubad çayının sahilində, bir qədər aşağıda yeni yaşayış məntəqəsi saldıqdan sonra yeni kənd Aşağı Əndəmiç, köhnə isə Yuxarı Əndəmiç adlandırılmışdır. == Əhalisi == Əhalisi 1041 nəfərdir.
Köhnə əndəmic (Gülaman)
Köhnə əndəmic (Gülaman) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən qərbdə arxeoli abidə. == Tarixi == Divar qalıqlarına əsasən demək olar ki. evlərin tikintisində daş və möhrədən. bəzi evlərdə kvadrat formalı çiy kərpicdən istifadə edilmişdir. Evlər dördkünc formalıdır. Onlar bir, iki, bəzən isə üç otaqlıdır. Yaşayış binaları dağın yamacında yaradılan səkilərdə inşa olunmuşdur. Tədqiqat zamanı Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatına rast gəlinmişdir. Araşdırmalara əsasən demək olar ki, yaşayış yerində XIV-XVIII əsrlərdə yaşayış olmuşdur.
Nuk mundem pa ty
It's All About You (azərb. Mən sənsiz yaşaya bilmirəm‎) — Albaniyanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş mahnı. Mahnını Yuliana Paşa ifa etmişdir. Mahnının bəstəkarı Ardit Gjebrea, sözlərinin müəllifi isə Ardit Gjebrea və Pirro Çakodur.