Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kimdir müqəssir (pyes)
"Kimdir müqəssir" (pyes) - Əbdürrəhim bəy Haqverdiyev tərəfindən qələmə alınan iki məclisdən ibarət vodevil. == Əsər haqqında == "Kimdir müqəssir" pyesi 1909-cu ildə Kaspi mətbəəsi tərəfindən Bakıda nəşr edilib. Əbdürrəhim bəy Haqverdiyevin 1909-cu ildə qələmə aldığı bu vodevil iki məclisdən ibarətdir. Vodevildə gənc ailə Mahmud və Baharın başına gələn hadisələr təsvir olunur. Yoxsulluqdan bezən Mahmud və Bahar həmişə varlı olmağın xəyalını qururlar. Onlara bu şəraiti Qasım bəy yaradır. Lakin buna baxmayaraq, sonda yenə yoxsullaşırlar. Bu yolla yazıçı varlı olmaq üçün insanın ağıllı olmağının vacibliyini vurğulayır. "Kimdir müqəssir" pyesi yazıçının məşhur əsərləri arasında yer almamasına rəğmən bəzi teatrların repertuarındadır. == Əsərin xülasəsi == Vodevilin əvvəlinci məclisi Mahmudun evində kənddə baş verir.
Muddəssir
74-cü surə
Müəşşər
Müəşşər (ərəbcə: onluq) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Müəşşərin hər bəndi 10 misradan ibarətdir. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 9 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Az yayılmış şeir formasıdır. Molla Pənah Vaqifin "Ey büti-tutizəban, gəl ki, məqalın istərəm", "Ey rəngi-ruxi-alına heyran gülü-lalə" şeirləri müəşşərin nümunələrindəndir. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.121 == Xarici keçidlər == Fərid Muradov. "Ədəbiyyatımızın unudulmuş söz ustasının müəşşəri" (az.).
Muddəssir Surəsi
74-cü surə
Muğəmir (Həştrud)
Muğəmir (fars. مغامير‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 238 nəfər yaşayır (59 ailə).