Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nordin Musampa
Nordin Musampa (d. 13 oktyabr 2001, Almere, Niderland) — Eerste Diviziya təmsilçilərindən olan "Yonq Ayaks" klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Musampa Almere Siti akademiyası vasitəsilə inkişaf etmişdir. 2016-cı ildə Maddi Erediviziya təmsilçilərindən olan "Ayaks" klubu ilə müqavilə imzalamışdır. Onun idealı "Barselona" klubunun futbolçusu Lionel Messidir. Musampa öz peşəkar karyerasında debütünü 25 mart 2019-cu ildə "Utrext II" klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibi ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. == Şəxsi həyatı == Musampa Almere şəhərində anadan olmuşdur. Valideynləri isə Konqo Demokratik Respublikası vətəndaşlarıdır.
Musaqaya-i Abu-ül Həsən (Bostanabad)
Musaqaya-i Abu-ül Həsən (fars. موسي قيه ابوالحسن‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 218 nəfər yaşayır (39 ailə).