Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muşevani
Dəllər kəndi – Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Coğrafi mövqeyi == Dəllər (Müşevan) kəndi Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 14 km günbatarda, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. == Toponimi == Dəllər və ya Aran-Dəlləri deyilir. Türkmənşəli Tele/Tələ tayfasının adını əks etdirir.[mənbə göstərin] Bu tayfa Kolayır kəndindəki Dəllər nəsliylə genetik qohumdur.[mənbə göstərin]Yaxında X-XI əsrlərə aid kiçik ölçülü salon formalı kilsə aşkarlanıb. == Əhalisi == 1870-də 7 ailədə 47 nəfər, 1918-də 198 nəfər, 1926-da 53 ailədə 314 nəfər, 2002-də 290 ailədə 1194 nəfər, 2006-da 246 ailədə 1200 nəfər.[mənbə göstərin] == Maarif == Məktəbin tarixi 1931-ci ildən başlanır. Hal-hazırda Bir baza məktəbi (2006-da 9 sinifdə 142 şagird) fəaliyyətdədir.
Əl-Mutəali
Əl-Mutəali (ər. المتعالِ) — Allahın adlarından biri.
Sair-Məvazi nahiyəsi
Sair-Məvazi nahiyəsi - XVIII əsrdə Naxçıvan ərazisində yaradılmış nahiyə. == Nahiyənin təşkili == XVI əsrdə Naxçıvan nahiyəsinə tabe olmuş kəndlərin hesabına Osmanlıların II idarəçiliy dövründə yaradılan Sair-Məvazi nahiyəsi qərbdən Naxçıvan, şimaldan Dərəşahbuz, qərbdən Dərənürgüt, cənubdan Əlincə nahiyələri ilə həmsərhəd olmaqla 249 km2 ərazini əhatə edirdi. == Tarixi-coğrafi yerləşməsi və inzibati quruluşu == Nahiyəyə 15 kənd və 2 məzrəə daxil idi . 1727-ci ildə Alagöz məzrəəsi kimi qeydə alınmış ərazi, 1728-ci ildə kənd kimi qeyd olunmuşdur. İndiki Babək rayonuna aid olan Nəhəcir, Sirab, Qahab, Məzrəə, Vayxır kəndləri və Culfa rayonuna aid olan Ərəfsə kəndi məhz bu nahiyənin tərkibinə daxil idi. Əfşarların idarəçiliyi dövründə Qışlağat, Mülki-Arslan, Məvaziyi-Xatın, Şahbuz nahiyələri kimi Sair-Məvazi¸ nahiyəsi də Naxçıvan mahalının tərkibində birləşdirilmişdi. Mahalın mərkəzi Naxçıvan şəhəri olmuşdur. == Mənbə == Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s.
Balvanə-i Mütəmadi (Qürvə)
Balvanə-i Mütəmadi (fars. بالوانه معتمدي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 319 nəfər yaşayır (70 ailə). Əhalisini kürdlər təşkil edir.