Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müstəin (xəlifə)
Əbül Abbas Əhməd ibn Məhəmməd ibn Məhəmməd (ərəb. أبو العباس أحمد بن محمد بن محمد‎) və ya Əl-Müstəin (ərəb. المستعين بالله‎) (d. 836 - ö. 17 oktyabr 866) — 12. Abbasi xəlifəsi. == Mənbə == Saliba, George, ed. (1985). The History of al-Ṭabarī, Volume XXXV: The Crisis of the ʿAbbāsid Caliphate: The Caliphates of al-Mustaʿīn and al-Muʿtazz, A.D. 862–869/A.H. 248–255. SUNY Series in Near Eastern Studies.
Mumin Surəsi
40-cı surə əl-Mumin (Mömin) surəsi (Məkkədə nazil olmuşdur, 85 ayədir). Surə adını 28-ci ayətində keçən və inanan, iman gətirən şəxs anlamında işlənən mumin (mömin) sözündən almışdır. Bu surədə Qurandan, Nuh qövmündən Allaha iman edənlərin cənnətə girəcəklərindən, Allahı inkar edənlərin cəzalandırılacaqlarından, Musa peyğəmbərdən, firondan, qiyamət günündən bəhs olunur.
Əl-Mumin
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir.