Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gürcüstanda mədənçilik
Gürcüstanda mədən sənayesi yüzillər boyu mövcuddur. Bu gün Gürcüstanın mineral sənayesi manqan, mis və müxtəlif növ daşları istehsal edir. Gürcüstan iqtisadiyyatı son illərdə əhəmiyyətli bir iqtisadi inkişaf yaşasa da, dağ-mədən və metallurgiya sektorunda inkişaf nəzərə çarpmadı. == Tarix == Gürcüstanda metal mədəni e.ə. VI-V minilliklərdə mislə başladı. Qızıl mədəninin fəaliyyəti də də qədim zamanlardan bəri mövcuddur. XVII əsrdə gümüş mədənləri Gürcüstan üçün, xüsusən İmeretidə əsas zənginlik mənbəyi olaraq qalırdı, mis hasilatı isə on səkkizinci əsrin əvvəllərində Kartlidə inkişaf etmişdi.Sovet dövründə Gürcüstanda arsen, barit, bentonit, kömür, mis, diatomit, qurğuşun, manqan, zeolit və sink daxil olmaqla bir sıra minerallar çıxarılırdı. Bu mineralların çoxu az miqdarda olmasına baxmayaraq hələ 2005-ci ildə də istehsal olunurdu. Filiz ehtiyatları tükənsə də, ölkə bir əsrə yaxın yüksək dərəcəli manqan filizinin əsas istehsalçısı olmuşdur. Manqanın bir hissəsi Gürcüstan daxilində ferro ərintisi istehsalı üçün istifadə edilmişdir.
Mədənçilər İttifaqının 20 İlliyi (1927)
== Məzmun == Bu tarixi-sənədli filmdə Bakıda Mədənçilər İttifaqının yaranmasından, onun 20 illik fəaliyyətindən bəhs olunur. == Film haqqında == Film saxlanılmayıb. Filmdə İttifaqın qocaman üzvləri çəkilmişlər. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: A. Karin Rejissor köməkçisi: Aleksandr Makovski == İstinadlar == == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года.
Mədənçilər İttifaqının 20 illiyi (film, 1927)
== Məzmun == Bu tarixi-sənədli filmdə Bakıda Mədənçilər İttifaqının yaranmasından, onun 20 illik fəaliyyətindən bəhs olunur. == Film haqqında == Film saxlanılmayıb. Filmdə İttifaqın qocaman üzvləri çəkilmişlər. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: A. Karin Rejissor köməkçisi: Aleksandr Makovski == İstinadlar == == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года.
Meşəçilik
Meşə təsərrüfatı — istehsal sahəsi: meşələri öyrənmək, qeydiyyata almaq, yeni meşələr salmaq, onları yanğından, xəstəlik və zərərvericilərdən qorumaq, meşələrin qoruyucu və sutəmizləyici funksiyasını saxlamaqla, xalq təsərrüfatının meşə materialına olan tələbatını ödəmək məqsədi ilə meşələrdən səmərəli istifadə olunmasını təmin edir. Meşə təsərrüfatı meşədən odun, dərman və texniki xammal, yeyinti məhsulları və s. istehsal edir. Meşədən torpaq və suqoruyucu, iqlim saflaşdırıcı, kurortoloji, rekreasiya və s. məqsədlər üçün istifadə olunur. Meşə təsərrüfatının əsas vəzifələrindən biri də meşələrin bərpası və yeni meşəliklər salınmasıdır. == Meşə təsərrüfatının kimyalaşdırılması == Meşə təsərrüfatında kimyəvi vasitələrdən istifadə olunması; Meşə təsərrüfatı kimyalaşdırılması özündə aşağıdakıları cəmləşdirir: meşənin ziyanverici cücülərdən və xəstəliklərdən qorumaq üçün, tingliklərdə və meşə əkinlərində alaq otları ilə mübarizədə pestisidlərin istifadə olunması; tingliklərdə əkin materialının keyfiyyətini, davamlılığını, boy artımını yüksəltmək məqsədilə mineral gübrələrdən istifadə olunması; meşə yanğınlarını söndürmək üçün kimyəvi vasitələrdən istifadə edilməsi və s.
Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu
Əkinçilik Elmi Tədqiqat İnstitutu - == Tarixi == Əkinçilik Elmi-Tədqiqat İnstitutu SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin 6 iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış və 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır. Əkinçilik ET İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd Təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir. Əkinçilik ET İnstitutunun bazasında 1965-ci ildə ET Tərəvəzçilik İnstitutu, 1969-cu ildə Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu yaradılmışdır. Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Əkinçilik ET İnstitunun bazasında “Elit” Elm İstehsalat Birliyi yaradılmışdır. 2000-2015-ci illər aralığında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərmişdir. Hal-hazırda Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir. == Fəaliyyəti == İslahatdan sonra Institutun hazırkı strukturuna 3 şöbə (bitki seleksiyasi; bitki fıziologiyası və biotexnologiya; davamlı əkinçilik və bitki diversifikasiyası); 4 laboratoriya (dənin keyfiyyəti; ilkin toxumçuluq və toxumun keyfiyyəti; xəstəlik və zərərvericilərə nəzarət; torpaq və bitki analizləri), yayım və təlim əlaqə qrupu, kitabxana və kompüter mərkəzi, xarici dil və ictimai elmlər kafedrası 4 bölgə təcrübə stansiyasi (Tərtər, Qobustan, Cəlilabad, Zaqatala), 1 dayaq məntəqəsi (Şəki) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron) daxildir. Azərbaycan ET Əkinçilik İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərci) bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqəsədə nail olmaq üçün institutda yerinə yetirilən 9 mövzu və 9 iş, 5 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq pax¬lalıları, davamlı əkinçilik və bitki diversifıkasiyası) üzrə yerinə yetirilir. Bu proqramlardan 4-ü seleksiya, 1-i becərmə texnologiyası istiqamətlidir.