Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Giriş/çıxış məhdudlaşdırması
Giriş/çıxış məhdudlaşdırması (en. input/output-bound (I/O-bound) ~ ru. ограничение по вводу-выводу ~ tr. giriş/çıkış sınırlı) – saxlanma qurğusunda (diskdə) uzunmüddətli oxuma və yazma əməliyyatları səbəbindən kompüterin mikroprosessorunun işinin ləngiməsi halı. Maşın o zaman giriş-çıxış məhdudlaşdırmasında olur ki, yerinə yetirilən iş tez-tez yazılmış informasiyaya müraciət olunmasını tələb edir, ancaq verilənlərin ötürülməsi kanalı və ya saxlama qurğusu mikroprosessorun işləmə sürəti ilə müqayisədə çox yavaşdır. Məsələn, mikroprosessor diskdə yazılmış böyük verilənlər bazasında tez dəyişiklik edə bilir, ancaq, əgər oxuma-yazma sürəti nisbətən yavaşdırsa, kompüter giriş-çıxış məhdudlaşdırılmasında olur. Əgər yalnız giriş və ya yalnız çıxış informasiyasının mikroprosessora çatdırılmasını məhdudlaşdırırsa, onda kompüter, sadəcə, giriş və ya çıxış məhdudlaşdırmasında olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.