Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Car Baləkən camaatlığı
Car-Balakən camaatlığı — Azərbaycanın şimal-qərbində qan qohumluğuna əsaslanan sosial-siyasi qurum. == Haqqında == === Car-Balakən azad camaatlığının quruluşu === XVII_XIX əsrlərdə şimal-qərbi Azərbaycanda mövcud olan dövlət təsisatlarından biri Car-Balakən camaatlığı idi. ""Camaat" ərəb sözü olub ayrıca icmanı bildirir. Şimal-qərb və qərbdən Kaxetiya, cənubdan Şirək düzü, şərqdən Şəki xanlığı ilə həmsərhəd olan bu feodal təsisatı əsasən Alazanın aşağı axarında yerləşirdi. Ərazinin tərkibinə Baş Qafqaz silsiləsinin şimal yamacında yerləşən torpaqlar da daxil idi. Getdikcə nüfuzlu hərbi siyasi birləşməyə çevrilən Car-Balakən icması Qafqazda cərəyan edən hadisələrə mühüm, bəzən də həlledici təsir göstərirdi. Tarixşünaslıqda Car etnonimi müxtəlif baxımdan izah olunmuşdur. Şopen Car-Balakən etnonimini bu cür izah edir: "Bu söz Car-Pilləkəndir və mənası yol, pilləkən deməkdir. Car-türk sözü olub yol deməkdir. Məhz bu ərazidən Alan qapılarına gedən yol başlanır" Qədim Azərbaycan torpaqlarında yaranan Car-Balakən camaatları özündə altı camaatı-Car, Balakən, Tala, Katex, Muxax və Cınıxı birləşdirirdi.
Malcəhət
Malcəhət – orta əsrlərdə Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda torpaqdan istifadə edən kəndlilərdən məhsulla (buğda, arpa, düyü, pambıq və i.a.) alınan feodal rentası. M. XV yüzillikdən"xərac" terminini əvəz etmişdir. M.-in miqdarı ayrı-ayrı dövrlərdə müxtəlif həcmdə (adətən, məhsulun 1/10 – 1/3 hissəsi) olmuşdur. Xanlıqlar dövründə bəhrə, dəhyek və i.a. adlarda toplanırdı.