Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Frans Babinger
Frans Babinger (alm. Franz Babinger‎; 15 yanvar 1891, Vayden, Bavariya — 23 iyun 1967, Durres, Albaniya) — Alman tarixçi, türkoloqu və şərqşünası. Hindşünaslıq və sami filologiyası üzrə doktor (1914), Berlin Universitetinin Şərq dilləri üzrə professoru (1921). == Həyatı == Frans Babinger 15 yanvar 1891 Almaniyanın Veyden şəhərində doğuldu. Ali təhsilini Münhen Ludviq-Maximilan Universitetində oxudu və 1914-cü ildə Fəlsəfə fakültəsində təqdim etdiyi "Gottlieb Siegfried Bayer (1694-1738), Ein Beitrag zur Geschichte der Morgenländischen Studiən im 18 Jahrhundərt (Gottliəb Siegfriəd Bayer (1694-1738), XVIII əsrdə Şərqi araşdırmalarına bir qatqı) München 1915"; adlı dissertasжyla doktor oldu. Bir neçə ay sonra başlayan Birinci Dünya Müharibəsinə topçu ehtiyatda olan zabit kimi qatıldı. 1915-ci ildə Türkiyədəki Alman qərargahında vəzifələndirildi, İstanbula gəldi və bir müddət Çanaqqala savaşlarında oldu. Buradan savaşla əlaqəli olaraq göndərdiyi yazıları "Frankfurter Zeitung" qəzetində nəşr olundu. Özü Çanaqqalada miralay Mustafa Kamalla tanış olduğunu və rabitə xidməti zabiti olaraq vəzifələndirildiyini ifadə edirsə də, rütbəsi kiçik olan bir gəncin Mustafa Kamala nə qədər yaxınlaşmış olduğu bilinmir. Savaşın sonlarına doğru, Şamda yayımlanmaqda olan "Armée-Zeitung Jildirim" da bir neçə yazısı çıxdı.
Andre Mariner
Andre Mariner (ing. Andre Marriner) — İngiltərə futbol hakimi Marinerin hakimlik karyerasında ciddi bir hadisə yaşanmasa da, bu sənətə sırf təsadüf nəticəsində gəlib. Doğma şəhərində - Şeldonda keçirilən bütün matçlara yollanan və heç kimə azarkeşlik etməyən Andre 1992-ci ildə iki həvəskar komandanın qarşılaşmasına gedir. Lakin bu görüşün hakimi naməlum səbəbdən stadiona gəlib çıxmır. Vəziyyətin belə olduğunu görən 21 yaşlı Mariner təşkilatçılara yaxınlaşıb, matçı idarə edə biləcəyini deyir. Və bu işin öhdəsindən gəlir. Çəkdiyi əziyyətə görə ona 10 funt-sterlinq qonorar verirlər. Bundan sonra gənc oğlan hakim olacağını qətiləşdirərək, ölkə miqyaslı turnirlərə 13 il vaxt sərf edir. 2005-ci ildə İngiltərə çempionatında peyda olan Mariner müxtəlif liqalarda oyunları sıralayır və nəhayət, FİFA hakiminə çevrilir. Onun 2009-cu ilin yanvarında FİFA referisinə çevrilməsi böyük müzakirələrə səbəb olub.
Mariner 4
Mariner 4 (ing. Mariner 4) — NASA-nın Mariner Mars 1964 avtomatik planetlərarası stansiyası. Mars kosmik planı, Marsa uçuş yolundan elmi araşdırma aparmaq, planetlərarası məkan haqqında məlumat və Mars ətrafı haqqında məlumat ötürmək üçün nəzərdə tutulmuşdur. Səthin şəkillərini çəkmək, atmosfer və ionosfer haqqında məlumat almaq üçün stansiya siqnalını işıqlandıran planet radiosunda bir sınaq keçirmək nəzərdə tutulmuşdu. Mariner 4 Mariner seriyasından dördüncü NASA kosmos vasitəsidir. Layihənin hazırlanması üzrə əsas təşkilat Reaktiv mühərriklər laboratoriyasıdır (Jet Propulsion Laboratory). Fərdi sistemlərin inkişafı müxtəlif sənaye təşkilatları tərəfindən həyata keçirilmişdir. Elmi alətlərin inkişafı ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirilmişdir. 14-15 iyul 1965-ci ildə Mariner 4 Mars ətrafında ilk müvəffəqiyyətli uçuşunu etdi və yaxın məsafədən bir planetin surətini çəkmək və onları Yer üzünə ötürmək üçün ilk kosmik vasitə oldu.
Miracle Aligner
"Miracle Aligner" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu Everything You've Come to Expect-dən dördüncü sinql. 28 mart 2016-cı ildə Domino Records tərəfindən buraxılmışdır. Mahnı Aleks Törner, müğənni Aleksandra Savior və prodüser Ceyms Ford tərəfindən yazılıb. "Miracle Aligner" barokko-pop, soul-pop və sofisti-pop janrında olan mahnıdır. Savior mahnın kokain satıcısı haqqında olduğunu deyib. Musiqi videosu Londonda yerləşən Hotel Café Royal-da rejissor Saam Farahmand tərəfindən lentə alınıb. Video "İtalyan dastanı" üçləməsinin sonuncu hissəsidir, klipdə Keyn və Törnerin bəzəkli otaqda kamera qarşısında rəqs etdiyi göstərilir. Musiqi videosu 16 may 2016-cu ildə yayımlandı və qrupun ən populyar videosu oldu. The Last Shadow Puppets mahnını "Le Grand Journal" və "The Late Late Show with James Corden" televiziya verilişlərində canlı olaraq ifa edib. == Haqqında == Mahnı ilk olaraq Törnerin ağlına gəlmişdi.
Çilingər
Çilingər — metal emalı və ya metaldan hazırlanmış əşyaların təmiri ilə məşğul olan peşədir. İxtisaslaşmasından asılı olaraq müxtəlif peşə növləri mövcuddur. Məsələn, avtomobil, tikinti, gəmi, maşın, alət və s. sahələr üzrə çilingərlər fəaliyyət göstərirlər. Çilingərlik peşəsinə peşə ixtisas məktəblərində yiyələnmək olar. İxtisas səviyəssindən asılı olaraq çilingərlərə dərəcələr verilir. Çilingərlik peşəsi çox qədim tarixə malikdir. Hələ lap qədim zamanlarda insanlar metaldan işçi alətlər düzəldirdilər. Əvvəldə onların hamısı dəmirçi adlanırdılar. Dəmirçilər dəmir filizini əldə edir, onları qızdırır və zindanda döyərək müxtəlif metal əşyalar düzəldirdilər.
Frans Babinqer